Adətən qış aylarında bir çox tikinti materiallarının qiymətləri aşağı enir. Amma bu qış hər şey tərsinə baş verir. Belə ki, Bakının tikinti bazarlarında inşaat materiallarının qiyməti günbəgün qalxmaqdadır. Çox qəribədir ki, hətta ölkəmizdə istehsal olunan inşaat materiallarının qiymətində belə sabitlik qeydə alınmır.
Bir çox mütəxəssislər inşaat materiallarının qiymətinin süni surətdə qaldırılmasını bildirirlər. Məsələn, son vaxtlar armaturun və eləcə də yerli istehsal olunan dəmirin qiyməti xeyli qalxıb. Hansı ki, bu tikinti materiallarının qiyməti bir müddət öncə yenidən yüksəlmişdi. Qısa zaman kəsiyində inşaat materiallarının qiymətinin qaldırılması heç də əhali arasında birmənalı qarşılanmır.
İstehlakçılar iddia edirlər ki, qiymət artımı heç də təbii yolla artmır. Yəni başqa ölkələrdən gətirilən tikinti materialları sabit qaldığı halda, bir də görürsən ki, məmləkətimizdə hazırlanan inşaat materiallarının qiyməti günbəgün qalxmaqda davam edir. Xüsusən də son vaxtlar tikintidə geniş istifadə olunan armaturun və yerli dəmir materiallarının bahalığı insanları heç də razı salmır.
Ekspertlərdən biri isə bildirir ki, hər dəfə qiymət artımında qazanan ayrı-ayrı izbazlar, uduzan isə istehlakçılardı. Başqa sözlə demiş olsaq, işbazlar müəyyən məqam gözləyirlər ki, həmin anlarda qiyməti süni surətdə qaldırsınlar. Görəndə ki, süni surətdə qalxan qiymət artımına nəzarət edən yoxdur və bu özbaşınalıq daha da kütləvi hal alır. Aydındır ki, ölkəmizə taxta və eləcə də dəmir materiallarının əksəriyyəti MDB və xarici ölkələrdən gətirilir. Onların qiymət artımını başa düşmək o qədər də çətin deyil. Çünki hər hansı məhsul ölkəyə gətirilərkən ona görə iş adamları filan qədər rüsum ödəməli olurlar. Ancaq onu anlamaq olmur ki, bir çox məhsullara ayrı-ayrı işbazlar maya dəyərindən iki-üç dəfə artıq qiymətə satır və əhalidən külli miqdarda pul qazanmaq istəyirlər. Bax onda bu və ya digər dərəcədə narazılıqların yaranmasına şərait yaradır. Halbuki ölkəmizə nə qədər çox inşaat materialı gətirilərsə, tikinti bazarında bir o qədər ucuzluq yaranar. Görünür bir çox işbazlar bu ucuzluğun yaranmasını istəmirlər. Daha doğrusu, onlar sopataj yaratmağa can atırlar.
İnşaat bazarında isə bahalaşma davam edir. Hələ bəzi mütəxəssislərin bildirdiyinə görə, aprel və may aylarından sonra tikinti materiallarının qiyməti indikindən bir xeyli də artmaq ehtimalı var. Birincisi ona görə ki, bu aylarda əhalini böyük əksəriyyəti yeni mənzillər tikir, evlərini təmir edir və üstəlik də Bakıda çoxmərtəbəli binaların tikintisi daha da sürətlənir. Onda belə bir məntiqi nəticəyə gəlmək mümkündür ki, yaz və yay aylarında inşaat materiallarının qiymətinin bahalaşması qaçılmazdır. Bəs onda əhali nə etməlidir ki, sabit, yaxud da ucuz qiymətə tikinti materialları alsın? Ancaq görünür camaatın arzusu bu il də gözündə qalacaq. Çünki ekspertlərin hesablamalarına görə, 2011-ci ildə nəinki tikinti materiallarında, eləcə də ərzaq mallarında bahalaşma yüksələn xətlə inkişaf edəcək. Bu bədbin proqnozları verən mütəxəssislər onu da bildirirlər ki, bahalaşma tək ölkəmizdə deyil, dünyanın hər yerində davam edəcək.
Bir çox mütəxəssislər isə süni surətdə bahalaşmanın qarşısının almağın mümkün olduğunu bildirir. Məsələn, onlar deyirlər ki, ayrı-ayrı təşkilatlar və qurumlar istəsələr bir günün içərisində armaturun və eləcə də dəmirin qiymətini sabit saxlaya bilərlər. Çünki bu bahalaşma süni surətdə yaradılır. Amma gərək İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Departamenti süni bahalaşmaya qarşı sərt mövqe tuta. Onsuz da bütün nəzarət orqanları çox yaxşı bilir ki, ölkədə inhisarçılıq mövcuddur və bu inhisarlar da bazarlara öz diqtəsini edir. Belə olan halda hansı ucuzlaşmadan və qiymət sabitliyindən danışmaq olar. Ancaq korrupsiyaya qarşı mübarizə aparmaqdan söz düşəndə ayrı-ayrı qurumlar bir-iki işdən çıxarılmış adamı misal gətirməklə bu məsələlərin yoluna qoyulduğunu bildirirlər. Təəssüf ki, lazım gələndə mövcud inhisarçılığa qarşı mübarizə aparmaqdan çəkinir, nöqsanlara göz yumur, hər şeyə biganə münasibət bəsləyirlər. Belə də olanda əhali onların fəaliyyətindən çox haqlı olaraq narazılıq eləyir.
İnşaat bazarında qiymətlərin ucuzlaşması indiki halda çox gülməli çıxardı. Yəni kimə desən ki, taxtanın, sementin, dəmirin, şiferin, kərpicin qiyməti ucuzlaşacaq, buna heç də inanan olmaz. Ən azından ona görə ki, camaat deyilənə yox, gördüyünə inanır. Gördüyümüz isə odur ki, tikinti bazarında bahalaşma və süni qiymət artımı davam edir. İnhisarçılara qarşı mübarizə aparanlar isə heç nə olmayıbmış kimi, bu hadisələrə laqeyd münasibət bəsləyir və tədbir görmək haqqında düşünmürlər.