adalet.az header logo
  • Bakı 17°C
04 May 2015 12:36
2611
MƏMLƏKƏT
A- A+

Bakıda bir sıra avtobusların marşrutu dəyişdirildi - Video

Bu gündən etibarən paytaxtda fəaliyyət göstərən bir sıra avtobuslarının marşrutunda ciddi dəyişiklik edilib.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin əməkdaşı Marlen Atayevin APA TV-yə verdiyi məlumata görə, iyunun 12-dən etibarən paytaxtda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar olaraq bir sıra marşrut xətləri bağlanılıb. Müvəqqəti xarakter daşıyan bu layihə iyun ayının sonuna kimi davam edəcək.

Marlen Atayev deyib ki, görülən tədbirlərin əsas məqsədi Oyunlar zamanı paytaxtın mərkəzi küçələrində avtomobil sıxlığının aradan qaldırılmasıdır. Bağlanan marşrut xətlərinə gəlincə, bunlar 14, 53 və 90 saylı marşrut xətləridir.

Marlen Atayev onu da qeyd edib ki, metronun "Həzi Aslanov" stansiyasından Qış bulvarına kimi hərəkət edən 95 saylı marşrut xəttinin hərəkət istiqaməti də dəyişdirilib. Artıq bu gündən etibarən 95 saylı marşrut avtobusunun son dayanacağı metronun "Xətai" stansiyası olacaq. Eyni zamanda 2 saylı marşrut xəttində fəaliyyət göstərən avtobuslar artıq paytaxtın mərkəzinə buraxılmayacaq. Sözügedən marşrut avtobuslarının da son dayanacağı metronun "Xətai" stansiyasının olacaq.

Qeyd edək ki, I Avropa Oyunları ilə əlaqədar marşrut avtobuslarında 17 saatlıq iş vaxtı 20 saatlıq iş rejiminədək uzadılıb. İyulun 1-dən etibarən bütün marşrut xətlərinin əvvəlki rejimlə işləyəcəyi bildirilir.