adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 May 2015 12:34
1595
SİYASƏT
A- A+

Vyetnam Prezidenti Azərbaycana gəlir

Mayın 13-15-də Vyetnam Prezidenti Çıonq Tan Şanq Azərbaycanda rəsmi səfərdə olacaq. 

Adalet.az-ın məlumatına görə, bu barədə Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir. Məlumatda bildirilir ki, Prezident mayın 7-10-da Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş bayram tədbirlərində iştirak etmək üçün Rusiyaya da səfər edəcək: "Moskvadakı tədbirlərdən sonra Vyetnam lideri mayın 10-13-də Çexiyaya, 13-15-də isə Azərbaycana rəsmi səfərə gələcək".