adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 May 2015 12:18
1241
SİYASƏT
A- A+

“Biz birgə mübarizə aparmalıyıq”

"Əminəm ki, Azərbaycan Asiya İnkişaf Bankının dəstəyi ilə daha böyük inkişafa imza atacaq”. 


Adalet.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışı zamanı söyləyib.

 Dövlət başçısı qeyd edib ki, AİB ilə səmərəli əməkdaşlığın davam edəcəyinə əmindir: "Biz 23 ildir müstəqil ölkəyik. Ancaq Azərbaycan tarixinə, ənənəsinə görə tanınır. İnanıram ki, qonaqlar tarixi abidələrimizə baxmağa, Azərbaycanla geniş tanış olmağa vaxt tapacaqlar. Azərbaycanın Şərqlə Qərb arasında yerləşdiyi üçün multikultural dəyərlərdən bəhrələnib. Biz multikultural tarix və ənənəmizlə fəxr edirik. Azərbaycanın tolerant ölkə kimi inkişafına sadiqik. Biz bir neçə il əvvəl Beynəlxalq Multikulturalizm Mərkəzini təsis etmişik. Dini və irqi ayrı-seçkiliklə birgə mübarizə aparmalıyıq. Bizim səylərimizlə artıq Azərbaycan dünyada multikulturalizm mərkəzi hesab olunur”.

Prezident İ. Əliyev bildirib ki, XX əsrin əvvəllərində Rusiya imperiyasının süqutu nəticəsində müsəlman Şərqində ilk demokratik müstəqil respublika Azərbaycanda yaranıb. "İşğal nəticəsində müstəqilliyimizi 70 il itirdik, müstəqilliyimizi yenidən 1991-ci ildə qazandıq. Azərbaycan o zaman daxili gərginlik, iqtisadi çətinlik və Ermənistanın işğalı ilə üzləşmişdi”, - deyə o vurğulayıb.