adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 May 2015 11:45
1339
MƏMLƏKƏT
A- A+

72 yeni yük vaqonu gətirildi

"Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə ölkəyə daha 72 yeni yük vaqonu gətirilib.

Bunun 50-si yarımvaqon, 22-si iritonnajlı konteyner daşıyan platforma vaqonlarıdır. Cəmiyyətin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi xəbərə görə, bu günlərdə daha 50 yük vaqonunun ölkəmizə gətiriləcəyi gözlənilir.

Xatırladırıq ki, bu ilin mart ayında Cəmiyyətin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına "Uralvaqonzavod”  Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşüb, görüşdə "Uralvaqonzavod”dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb. 

Qeyd edək ki, bundan əvvəl 25 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yarımvaqon tipli 50 yük vaqonu ölkəmizə gətirilib.