adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 May 2015 11:31
2823
DÜNYA
A- A+

Peyğəmbərin təhqir olunduğu sərgidə qarşıdurma

ABŞ-ın Qarlend şəhərində (Texas ştatı) Məhəmməd peyğəmbərin karikaturalarının nümayiş olunduğu  sərginin yaxınlığında atışma olub.



"NBC News" kanalının məlumatına görə, hadisə nəticəsində iki silahlı ölüb, bir polis isə yaralanıb.

 

Məlumata görə, sərginin təşkil olunduğu "Curtis Culwell Center"ə yaxınlaşan iki silahlı qəflətən polisə atəş açmağa başlayıb. Polis çavab atəşi ilə silahlıları güllələyib. Yaralanan polis xəstəxanaya aparılıb.

 

Atışma başlayan kimi "Curtis Culwell Center"dən təxminən 75 nəfər təxliyyə edilib. Onların iki avtobusla təhlükəsiz yerə aparıldığı bildirilir.

 

Polis sərgi mərkəzini mühasirəyə alıb. Bina yaxınlığında içində partlayıcı maddənin olduğu ehtimal edilən şübhəli avtomobil aşkarlanıb. Avtomobil mütəxəssislər tərəfindən yoxlanılacaq.