adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 May 2015 11:20
1114
SİYASƏT
A- A+

Müsavatdan Vurğun Əyyub təkzibi

"Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədrinin müavini Vurğun Əyyub Müsavat Partiyasının üzvlüyündən xaric olunmayıb”.

 

Modern.az-ın  məlumatına görə, bunu Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı deyib.

 

Onun sözlərinə görə, Vurğun Əyyub partiyanın sıralarından çıxarılmayıb.

 

"O, yalnız Məclis üzvlüyündən çıxarılıb. Vurğun bəyin özü bildirmişdi ki, Məclisin legitimliyini tanımır. Ona görə onun Məclis siyahısında qalmağı hansısa başqa bir müsavatçının haqqını tapdalamaqdır. Bu səbəbdən Vurğun bəy yalnız Məclis üzvlüyündən çıxarılıb. Onun partiya sıralarından çıxarılması yalan söhbətdir”.