adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 May 2015 10:50
3839
MƏDƏNİYYƏT
A- A+

Məşhur rejissor vəfat etdi

Məşhur gürcü rejissor Rezo Çxeidze vəfat edib. Adalet.az-ın  xarici mətbuata istinadən verdiyi məlumata görə, rejissor mayın 3-də 89 yaşında Tiflisdə dünyasını dəyişib.

Nəzərinizə çatdıraq ki, o, "Əsgər atası”, "Pöhrələr”, "Məsihin məzarındakı şam”, "Burda dan sökülür” və s. filmlərin müəllifidir.

Qeyd edək ki, R. Çxeidze 1926-cı il dekabrın 8-də Kutaisidə anadan olub. 1943-1946-ci illərdə Rustaveli Teatr İnstitutunda təhsil alıb. R. Çxeidze 1996-cı ildə Gürcüstan SSRİ-nin xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.