Hər yerdə evi-eşiyi və sığınacağı olmayan insanlar var. Onların hər anı çox ağır və ağır olduğu qədər də məşəqqətlidir. Yəni bu adamlar ev-eşik sahibi olmamaqla yanaşı, bir tikə çörəyə, bir stəkan çaya da möhtacdırlar. Təbii ki, belə insanların həyatı, yaşayışı bəzilərimizi narahat etsə də, çoxlarımızın vecinə belə deyil. Ona görə vecinə deyil ki, onsuz da biz bu cür diqqətdən və insanlara olan həssaslıqdan çox uzaq düşmüşük. Uzaq düşməyimizin səbəbi isə bir-birimizin həyatına, taleyinə və yaşayışına biganə qalmağımızdır.
Havalar soyuyanda, şaxta düşəndə və bir balaca da qar, yağış yağanda çöldə gecələyən və müxtəlif binaların zirzəmisində, künc-bucağında özünə yer tapan adamların vəziyyəti bir az da ağırlaşır. Çünki yaz və yay aylarında belə adamlar parkdan tutmuş küçənin kənarınadək özlərinə yer tapıb yaşaya bilirlər. Əgər buna yaşamaq demək mümkündüsə. Ürəyi yumşaq olan insanlar isə onlara çaydan, yeməkdən və paydan-pürüşdən verir. Amma elə ki, bayaq dediyimiz kimi, havalar soyudu, qar yağdı, bax, onda yurd-yuvası və sığınacağı olmayan insanlar cəhənnəmi gözləri ilə görürlər. Belə insanlardan biri əvvəllər Milli Elmlər Akademiyasının parkındakı ağaclar arasında özünə yuva qurmuşdu. Həmin parkda yenidənqurma işləri aparılandan sonra sir-sifətini saç-saqqal basmış və əyin-başından cır-cındır tökülən bu adam məskənini dəyişib bir qədər aralıda - İnşaatçılar Universitetinin ətrafında özünə sığınacaq tapıb. Hiss olunur ki, heç kəs ona nə köməklik göstərmir, nə də arxa durur. Sadəcə olaraq bu adam soyuq qış günlərində həmin binanın küncündə özünə bir yer düzəldib. Ətrafına çoxlu plasmas qablar, kartonlar və eyni zamanda taxta yeşiklər yığıb. Havalar soyuq olanda o, kartondan və taxta yeşiklərdən özünə balaca bir evcik düzəldir və onun içərisinə girir. Çox qəribədir ki, o hər axşam soyuq havada qızınmaq üçün gətirdiyi taxta yeşiklərdən ocaq qalayır və bu ocaqda çaynikdə çay qaynadır, nimdaş və köhnəlmiş qazanda nəsə bişirir. Səhərə qədər soyuq havada birtəhər qış axşamını yola verən bu adam başqa günlərdə yenidən həmin ağır anları yaşamağa məcbur olur. Sadəcə olaraq bu insanın içində və ürəyində yaşamaq eşqi heç vaxt sönməyib. Onu tanıyanlardan biri dedi ki, bu səfil həyat tərzi keçirən adam vaxtı ilə çox tanınmış və istedadlı bir insan olub. Qardaşlarından və qohum-əqrəbasından heç vaxt minnət götürmək istəməyib. O özü vaxtı ilə çoxlarına əl tutub, kömək göstərib. Onu tanıyanlardan biri deyir ki, bu insan 15 ildir ki, səfil həyat tərzi yaşayır. Qardaşlarından biri gəlib onu Bakıdakı evlərinə aparıb, həmin oğlan da bir neçə gün qardaşıgildə qalıb, sonra yenidən səfil həyat tərzi yaşamağa başlayıb. Həyatda depressiya keçirən, streslər içində olan bu adam indi heç kimə yaxın durmur və özünün həyat tərzini yaşayır.
Belə həyat tərzi yaşayan insanlar Bakıda kifayət qədərdir. Bir çoxları onlara "bomoj" deyirlər. Amma bunlar insandılar, onları da bir ana dünyaya gətirib və Allah yaradıb. Bəs bu insanlar niyə çöllərdə yatmalı, qapılarda qalmalı və orda da dünyasını dəyişməlidir?! Qış aylarında havalar soyuq keçəndə bu cür adamlardan bir neçəsi soyuqdan donub ölür. Ötən il Yasamal qəbiristanlığının yanında özünə məskan salan kimsəsiz bir səfil həyat tərzi keçirən adam Bakıya qar yağanda hava şaxtalı olduğu üçün gecə donub ölmüşdü. Onu ətrafdakı adamlar səhər saatlarında görmüşdülər. Sonra da polis gəlib və meyiti maşına qoyub aparıb. Sözümün canı odur ki, ilk növbədə bu cür həyat tərzi yaşayan insanlar aidiyyətı təşkilatlar tərəfindən qeydə alınmalı və onlara yiyə durulmalıdır. Axı onlar pis-yaxşı bu məmləkətin vətəndaşlarıdır. Ölkənin vətəndaşlarına isə dövlət sahib çıxmalıdır. Üstəlik də bu qədər qeyri-hökumət təşkilatları var. Onlar hər il kimsəsiz adamlara kömək göstərmək məqsədi ilə xaricdən külli miqdarda qrant alırlar. Bəs görəsən bu cənablar aldıqları külli miqdarda qrantları hara və kimə xərcləyirlər? Əgər bu pullar səfil həyat tərzi keçirən, soyuqdan donan və acından ölən adamlara xərclənmirsə, onda kimə xərclənəcək? Bayaq dediyimiz kimi, onları da Allah yaradıb. Onların da haqqı var ki, insan kimi yaşasınlar, mübarizə aparsınlar və özlərinə həyat qursunlar. Təəssüf ki, bu haqqı hələ ki, ölkəmizdə və Bakı şəhərində olan yüzlərlə kimsəsiz və səfil insanlara qaytarmaq haqqında düşünən yoxdur. Yadlarına düşmürlərsə, biz bir daha səfil həyat tərzi keçirən bir insanın yaşayış tərzini onların gözü önünə gətirdik. Əgər o adamların ürəyi varsa və içlərində bir damcı da olsa insana məhəbbət qalıbsa, belə səfil həyat tərzi yaşayan adamları axtarıb tapmalı, heç olmasa soyuq qış aylarında onları ölümün pəncəsindən xilas eləməlidirlər.
***
İnsanların isti sözə, mərhəmətə və səmimiyyətə həmişə ehtiyacı olub. Təəssüf ki, bu ehtiyac ola-ola biz bir-birimizə bunu çox görürük. Adi bir xoş sözü, ürəkaçan ifadəni dostumuza, qardaşımıza, yoldaşımıza demək istəmirik. Bəlkə də mən ikinci blokda olan yazımda bu barədə söhbət etməyəcəkdim, əgər yaxın tanışlarımdan biri bu hadisəni mənə danışmasaydı. O deyir ki, uzun illərdir görüşmədiyim, tələbə yoldaşımla bir yerdə üzləşdim. Gördüm ki, 15 il bundan əvvəlki insan deyil. Yəni üz-gözündən əzab-əziyyət və dərd-qəm tökülürdü. Mən bunu ruhlandırmaq üçün dedim ki, 15 il bundan əvvəl səni necə şən, gümrah və işıqlı görmüşəmsə, indi də o təsiri bağışlayırsan. Həmin adam elə bil ki, birdən-birə yuxudan ayıldı və özündə xoş ovqat hiss elədi. Özüm də razı qaldım ki, nə yaxşı onun qəlbini ələ aldım və işıqlı bir söz dedim. Əgər ona isti münasibət göstərməsəydim, ruhlandırmasaydım, tələb dostum elə fikirləşərdi ki, yüksək vəzifəm olduğuna görə ona yuxarıdan aşağıya baxıram. Amma o mənim sadəliyimi, dəyişməzliyimi və səmimiyyətimi hiss edib bir qədər də mənə yaxınlıq elədi. 10-15 dəqiqə bundan əvvəl çöhrəsindən qəm-qüssə tökülən bu adamın sifətində nur yaranmışdı, sevinc baş qaldırmışdı. Evə qayıdanda həyat yoldaşım dedi ki, sən tələbə yoldaşına nə kompliment deyirdin? Mən dedim ki, o kompliment deyildi, o ölmüş ruhu, susmuş ürəyi, sönmüş ümidi dirçəltmək üçün idi. Gördün, mən onun barəsində xoş söz deyən kimi həmin insan özünü nə qədər nikbin və ümidli hesab elədi. O inandı ki, insanın ən yaxşı günü qarşıdadı. Mənim də isti sözlərim onun ürəyinə işıq, nur gətirməklə yanaşı, yaşamaq eşiqini də gücləndirdi. Bir isti sözlə kimsə həyata qayıdırsa, o sözü həmin adamdan niyə əsgirgəməliyik...
İsti sözə, şirin münasibətə və səmimiyyətə hamımızın ehtiyacı var. Amma xəbis adamlar çox vaxt adamın qanını qaraltmaq üçün insanın zəif cəhətini və daha doğrusu, fiziki qüsurunu qabartmaq istəyir. Ürəyi böyük olan və insana sevgisi ilə seçilən adamlar isə qarşısındakına həmişə müsbət enerji ötürür və onda xoş ovqat yaradır. O xoş ovqat insanı yaşamağa daha da ruhlandırır və ən çətin anlarda mübariz olmağa səsləyir. Gəlin, bir-birimizə xoş söz deyək. Tikanlı sözlərimizlə kiminsə qəlbini sındırmayaq. Axı bilmək olmur bəzən o tikanlı söz deyən adama bir başqası daha ağır söz deyir və gün ərzində onun qanını qaraldır. Heç kimin qanını qaraltmaq istəmirik və həmişə də qanınızın duru olmağını arzulayırıq.