adalet.az header logo
  • Bakı 20°C
03 May 2015 21:18
973
HADİSƏ
A- A+

Odessada atışma: 4 azərbaycanlı tələbə yaralanıb

Odessanın Lev Tolstoy meydanında İ.Meçnikov adına Odessa Milli Universitetinin sərxoş tələbələri arasında münaqişə baş verib və nəticədə dörd əcnəbi tələbə güllə yarası alıb.

Bu barədə "Report" Ukrayna KİV-nə istinadən xəbər yayıb. Yerli hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, atışma bolqar və azərbaycanlı gənclərin mübahisəsinin yekunu olub. Mübahisə zamanı bolqar tələbə qaçıb və həmyerlilərimiz onu təqib etməyə başlayıblar. Daha sonra bolqar tələbə üzərindəki səsboğucusu olan döyüş tapançası ilə arxasınca gələnlərə bir neçə dəfə atəş açıb.

Mənbənin məlumatına görə, insident nəticəsində azərbaycanlı tələbələr omba, qarın, çiyin və əl nahiyələrindən güllə yaraları alıblar.

İstintaq zamanı müəyyən edilib ki, bolqar tələbə silahı Ukrayna ərazisinə qanunsuz olaraq keçirib.