adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 May 2015 16:47
6781
KRİMİNAL
A- A+

Dayısını öldürən yeniyetmə tutuldu

Sabirabadda dayısını bıçaqla qətlə yetirən 16 yaşlı yeniyetmə tutulub. Adalet.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, mayın 1-də Sabirabad rayonunun Yaxa-Dəllək kəndindən kənd sakini Vüqar Hacıyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və oradaca ölüb.

Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat - axtarış tədbirləri nəticəsində onun bacısı oğlu Cavad Hacıyev tutulub.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.