adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 May 2015 11:08
3483
MƏMLƏKƏT
A- A+

Azərbaycan Silahlı Qüvvələri iməcilik keçirir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən Müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 2-də Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir. Nazirlikdən Adalet.az-a verilən məlumata görə, təsdiq edilmiş plana əsasən şəxsi heyət Heydər Əliyevin abidələrinin yerləşdiyi ərazilərdə, guşələrdə abadlıq və tərtibat işləri aparacaq, yaşıllıqlara qulluq göstəriləcək, müxtəlif növ ağac və gül kolları əkiləcək, digər tədbirlər həyata keçiriləcək.

Hərbi orkestrlərin çıxışları ilə müşayiət olunacaq ümumordu iməciliyində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələrin, Sovet İttifaqı Qəhrəmanları məzarlarının ətrafında da abadlıq-təmizlik işləri yerinə yetiriləcək.