adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

MüBARƏK GETDi, çOX MüBARƏK, BƏS SONRA?..

OQTAY SALAMOV
17289 | 2011-02-16 07:06
Misirlilərin 18 günlük davamlı və israrlı tələblərindən sonra prezident Mübarək istefa verdi. Nə dəyişdi?
   
   Agentliklər maraqlı xəbər yaydılar: " İsveçrə hökuməti operativ olaraq Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin və onun ailə üzvlərinin bütün bank hesablarını dondurdu. Associated Press bu ölkənin dövlət mətbuat xidmətinin bəyanatına istinadən xəbər verir ki, adı çəkilən qərar vitse-prezident Ömər Süleymanın prezidentin istefa verməsi və hakimiyyəti hərbçilərə verməsini elan edəndən bir az sonra qüvvəyə minib".
   
   Nə vaxtsa belə operativlik görmüşdünüz? Təsəvvür eləyin: Gecə Süleyman prezidentin İstefa verdiyini elan eləyir. Ancaq istefa verdiyini! Və İsveçrə hökuməti gecənin yarısı hökumət üzvlərini yuxudan ayıldıb bir yerə yığır ki, onlar hesabları dondurmaq üçün hamı bir səslə səs versin!..
   
   Bəlkə "dövlətlilər"in bu qərarı artıq hazır idi? Yoxsa "demokrat" Obama və digər " pul başçıları-demokratlar" elə bu anı gözləyirdilər? İndi Amerika da, bütün Avropa da Mübarəkin hesablarına həbs qoyacaq. Bəs sonra bu pullar necə olacaq? Odey, başqa bir prezidentin, Tunis prezidenti Ben Əlinin hesablarına həbs qoydular, nə oldu? Bu pulları Tunis xalqına qaytardılar? Burada ərəblərin bir məsəli yada düşür: Çox pul oğurlayan oğru onların sahibinin itməsi üçün hər şeyi edər.
   
   Doğrudan Qərb öz maliyyələrini ərəblərin hesabına düzəltmək istəyilər? Söhbəti milyardlarla dollardan gedən bu pullar "Qərbə" işləməkdə davam edir ki. Necə bilirsiniz, Avropa elə bu pullardan bir neçə milyon çapılıb talanmış ərəb ölkələrində "demokratiya və azadlıq" qurmaq üçün ayırmayıb ki?..
   
   Mübarək getdi, çox mübarək, bəs sonra?... Səhər yuxudan oyanan ərəb nə gördü. Boylandı, baxdı, Mübarəkin vaxtında da iş yerləri yox idi, indi də yoxdur. Kim deyə bilər ki, bir ildən sonra olacaq? Turistləri buraxdılar, özləri iqtisadiyyatla məşğul ola bilmirlər- musəlman işi deyilg Bəlkə neft- qaz satsınlar- amma o nə qədərdir ki? İndi hər şeyin günahını üstünə atmağa adam da yoxdur. Amma işsizlik. Ac-susuz uşaqlar ordusu qalmaqdadır.
   
   Təhrir meydanına gətirilən "xalq" istəyinə çatdı, indi məntiqlə neynəməlidir? Düzdür - öz daxmalarına qayıtmalı və ac-yalavaclığını davam etdirməlidir.Aclıq necə var-elə də qalıb. Qahirədə "proletar" ehtiraslarının qaynadığı 18 gün ərzində onun doğma şəhərində təzə zavod-fabriklər açıldı? Yoxsa qiyamçı özü qəflətən hansısa sənayedə yüksək maaşlı peşəkara çevrildi? İnanmaq olmur. Əgər o hansısa kiçik bizneslə məşğul olurdusa, biznesi mütləq zərər çəkməli idi. Əgər kiminsə işçisi idisə, hansı normal sahib belə inqilaba baxmadan bu qədər iş buraxmağa necə razılaşardı? Deməli belə götürəndə onun üçün qayıtmağa bir əsas da yoxdur. Əslində heç lazım da deyil. Burada onu yedirdirdilər, içirdirdilər (Yoxsa o müqəddəs ruhla qidalanırdı? Bütün 18 gün milyondan çox adam o urus Maresyevin qəhrəmanlığını təkrar edirdi?). Bəs adi fizioloji tələbatlar? Yəqin ki, hesabı xatırlayırsınız. Minimum milyon və minimum litr yarım gündə, üzr istəyirəm, insan fəaliyyətinin tullatıları. Bu rəqəmi təsəvvür edə bilərsiniz? Mən üç dəfə kalkulyatora zülm verdim, amma yenə inanmadım. Karandaşla yazıb hesabladım- bir gündə min beş yüz ton!!! Hər gün 25 dəmiryol sisterni, hərəsində də 60 ton nəcis- və bütün bunlar Təhrir meydanına! Bundan sonra onun adı necə olmalıdır?
   
   Yaxşı, bu hesablamanı qırağa qoyaq. Budur, ərəb bu gün oyandı, özünün elədiklərinin hamısını gördü, qarnını qaşıdı və dua etdi ki, kimsə ona bu gün çörək versin. Amma heç kim vermir. Sən mavrsan, öz işini görmüsən, çıxıb gedə bilərsən. İndi acından öləcəksən, yoxsa yox, heç kimin vecinə deyil. Pulsuz qonaqlıq qurtardı ya da tezliklə qurtaracaq. Səndən sonra gələn bu qədər tökdüklərini təmizləməli olacaq. Sən buna qadir deyilsən. Qadir olsaydın buna qədər öz evini yığışdırardın. Kim sənə mane olurdu? Mübarək? Mübarək getdi, çox mübarək, indi bas bayıra və öz azadlığına seving
   
    P.S. Yazını yenicə bitirmişdim ki, Bi-bi-si-nin İranda etiraz aksiyalarının başlanması haqda xəbəri gəldi. Məlumatda deyilir ki, Tehranın mərkəzində İranın güc orqanları hökumət əleyhinə mitinqləri gözyaşardıcı qazla dağıdırlar. Hadisə şahidləri söyləyirlər ki, polis və mitinqçilər arasında ciddi qarşıdurma yaranıb, bir çox mitinqçi həbs olunub. Bəzi məlumatlara görə Tehran mitinqlərində minlərlə adam iştirak edir. Müxalifətçiləri küçəyə çıxaran onların Tunis və misirli "həmkar"larının az vaxtda rejimi dəyişə bilmək uğurlarından ruhlanmalarıdır.
   
   Xəbər verilir ki, İran paytaxtında təcili olaraq təhlükəsizlik tədbirləri görülür. Xüsusi xidmət orqanlaı müxalifətin internet saytlarıvnı bağlayır, peyk televiziya verilişlərini "boğur"lar. Deyəsən İran da belə viran olmaq təhlükəsi qarşısındadır...
   
   
   
   

TƏQVİM / ARXİV