adalet.az header logo
  • Bakı 20°C
02 May 2015 00:08
4278
GÜNDƏM
A- A+

Şeyx Abdulla Gül ilə görüşüb

Mayın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türkiyənin 11-ci Prezidenti Abdullah Güllə görüşüb. 


QMİ-nin mətbuat xidmətindən Adalet.az-a Allahşükür Paşazadə Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin dərinləşdirilməsində Abdullah Gülün səylərini yüksək qiymətləndirib. Üçüncü Qlobal Bakı Forumunda Türkiyənin nüfuzlu dövlət xadiminin iştirakının önəmini vurğulayan QMİ-nin sədri bunu türk-İslam birliyinin ümumi mənafeləri baxımından dəyərli hal kimi səciyyələndirib.

Abdullah Gül Allahşükür Paşazadə ilə Azərbaycanda və Türkiyədə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb və onun iki qardaş ölkə arasında dini-mənəvi əlaqələrin inkişafı üçün mühüm səylər göstərdiyini vurğulayıb.