adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 May 2015 22:05
1809
GÜNDƏM
A- A+

Yeni iş rejimi sizə necə təsir edəcək?

May ayının 1-dən etibarən Bakıda iş vaxtı rejiminin dəyişdirilib. Bununla bağlı Nazirlər Kabineti sərəncam verib. Sərəncama əsasən 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat vasitəlarinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi asasında və təhsil müəssisələrində işləyənlar istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə təşkil edilməlidir.

 Adalet.az oxucuları arasında yeni iş rejiminin onların həyat və fəaliyyətinə necə təsir edəcəyini öyrənib. Oxucular arasında keçirilən sorğu iştirakçılarının böyük əksəriyyəti yeni iş rejiminin onlara pis təsir edəcəyini bildirib (64,29 faiz təşkil edib). Respondentlərin yerdə qalan hissəsi (35,71 faizi) yeni rejimdən razılığını ifadə edib.