adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 May 2015 17:17
16857
MARAQLI
A- A+

Nağıllar 12+ oldu

Rus mütəxəssisləri hesab edirlər ki, 12 yaşa qədər uşaqlara nağıl danışmaq və ya onların özlərinin nağıl oxumaqlarına imkan vermək olmaz. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb mövcud olan əksər nağılların tərkibində şiddət faktorunun olmasıdır. Uşaq psixologiyası bu faktların təsirinə məruz qalır, bu da öz növbəsində sonrakı yaş dövrlərində fəsadlar yaradır.

Mütəxəssislər valideynlərə tövsiyə edirlər ki, əgər uşağa bağçada və ya məktəbdə nağıl öyrədilibsə, o zaman ondan nəyi başa düşüb-düşmədiyini ətraflı soruşsunlar. Uşağa qaranlıq qalan nə varsa, ona izah edin, qorxulu hissələri yumşaldılmış şəkildə çatdırın. Təxəyyülü, yaradıcılıq qabiliyyəti güclü olan valideynlər isə həmin hissələri özlərindən uydura bilərlər. Narahat olmayın, Andersenin və ya Qrimm qardaşlarının ruhu sizdən inciməz. Lap elə inciyir, incisin. Nəticədə sizə uşağınızın psixi durumu, tərbiyəsi lazımdı, nağılçılarının könüllərinin xoş tutulması yox.  


Yeri gəlmişkən, sevə-sevə oxuyub cizgi filmlərinə baxdığımız "Qar kraliça”, "Zoluşka”,  "Düyməcik”,  "Şahzadə və qurbağa”, eləcə də Azərbaycan nağıllarından "Cırtdan”, "Məlikməmməd”, "Şəngülüm, Şüngülüm, Məngülüm” və başqaları da şiddət, qorxu aşılayan nağıllardandır. Bir sözlə, nağılları yenidən yazın!