adalet.az header logo
  • Bakı 16°C
01 May 2015 15:49
7126
TEXNOLOGİYA
A- A+

Ruslara internetdən yükləmələr məhdudlaşdırıldı

Ruslara internetdən musiqi, film və kitab yükləməyi məhdudlaşdıran "antipirat” qanun layihəsi bu gün qüvvəyə minir. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bundan sonra pulsuz olaraq heç bir yükləmə həyata keçirmək mümkün olmayacaq.

Qanun layihəsi 2014-cü ilin fevralından təsdiqlənsə də, internet istifadəçilərin lazımi "ehtiyat”larının götürməsi, yəni istədiyi qədər, mahnı, film, oyun yükləməsi üçün vaxt verilmişdi. 

Yeni qanunla sayt sahiblərinin isə öz resurslarını saxlamaq imkanı olacaq. Bundan sonra mexanizm çox sadə işləyəcək: sayt sahibi əvvəlcə müəllif hüquqlarının pozulması ilə bağlı sorğunu tələblə istifadəçiyə göndərəcək. İstifadəçi müəllif hüququnu pozmadığı halda tələb olunan ödənişi etdikdən sonra istənilən materialı yükləyə biləcək.