adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 May 2015 15:15
1892
GÜNDƏM
A- A+

Avropa İttifaqı qondarma “parlament seçkiləri”ni tanımadı

 Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək "parlament seçkiləri”nin konstitusional və hüquqi əsasını tanımır.
 
Adalet.az-ın məlumatına görə, bu barədə Aİ-nin Dağlıq Qarabağda mayın 3-də keçiriləcək qondarma "parlament seçkiləri” ilə bağlı bəyanatında deyilir.
 
Bəyanatda vurğulanır ki, bu prosedurlar Dağlıq Qarabağın gələcək hüquqi statusunu əvvəlcədən müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz: "Avropa İttifaqı qətiyyətlə ATƏT-in Minsk qrupunu və onun həmsədrlərinin status-kvonun dəyişməsi və hərtərəfli sülh danışıqları üçün səylərini dəstəkləyir. Aİ münaqişənin tez bir zamanda həlli istiqamətindəki səyləri dəstəkləməkdə davam edəcək”.