adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Tərcümə əllaməçiliyi?

CEYHUN MUSAOĞLU
34873 | 2011-02-12 05:12
"525-ci qəzet"in "525 Kitab" seriyası fevralın 10-da XX əsr rus ədəbiyyatının möhtəşəm ismi Boris Leonidoviç Pasternakın şeirlərlərini "Misranın sahibi hisslər olanda" adıyla oxuculara təqdim edib.
   
   Kitab bizə və 1890-cı il fefralın 10-da Moskvada doğulan Nobel mükafatçısının ruhuna hədiyyədi.
   
   Deyirlər, hədiyyənin bahası-ucuzu, yaxşısı-pisi, böyüyü-kiçiyi olmur. Hədiyyəni müqayisə etməzlər - həm də belə deyirlər.
   
   Oxuculardan üzr istəyib, bu qaydanı pozuram.
   
   Pasternakın hədiyyə qutusunun içindəki şeirlərini yazıçı Anar və şair Səlim Babullaoğlu dilimizə çevirib. Bir neçə eyni şeir həm Anarın, həm də Səlimin tərcüməsində təqdim olunur. İki "Qış gecəsi" şeirini oxuyuram. Bir-birindən yerlə göy qədər fərqlənməsə də, yerlə yerin altı qədər fərqlənir. Düşünürəm, o "Qış gecəsi"mi, Pasternakındı, bu "Qış gecəsi"mi?..
   
   Və "ZİMNAYA NOÇ" şeirini internetdə axtarış verib tapıram.
   
   
   
   Boris Pasternak
   
   
   
   ZİMNƏƏ NOÇĞ
   
   
   
   Melo, melo po vsey zemle
   
   Vo vse predelı.
   
   Sveça qorela na stole,
   
   Sveça qorela.
   
   
   
   Kak letom roem moşkara
   
   Letit na plamə,
   
   Sletalisğ xlopğə so dvora
   
   K okonnoy rame.
   
   
   
   Metelğ lepila na stekle
   
   Krujki i strelı.
   
   Sveça qorela na stole,
   
   Sveça qorela.
   
   
   
   Na ozarennıy potolok
   
   Lojilisğ teni,
   
   Skrehenğə ruk, skrehenğə noq,
   
   Sudğbı skrehenğə.
   
   
   
   İ padali dva başmaçka
   
   So stukom na pol.
   
   İ vosk slezami s noçnika
   
   Na platğe kapal.
   
   
   
   İ vse terəlosğ v snejnoy mqle
   
   Sedoy i beloy.
   
   Sveça qorela na stole,
   
   Sveça qorela.
   
   
   
   Na sveçku dulo iz uqla,
   
   İ jar soblazna
   
   Vzdımal, kak anqel, dva krıla
   
   Krestoobrazno.
   
   
   
   Melo vesğ mesəü v fevrale,
   
   İ to i delo
   
   Sveça qorela na stole,
   
   Sveça qorela.
   
   Yazıçı Anarın tərcüməsi
   
   
   
   Qış gecəsi
   
   
   
   Bütün yer üzündə,
   
   hər bir tərəfdə
   
   külək sovururdu
   
   qarı bu axşam
   
   Masanın üstündə bir şam yanırdı,
   
   yanırdı bir şam.
   
   
   
   Yay vaxtı mığmığalar
   
   alova üçan təkin
   
   qarlar uçub gəlirdi
   
   üstünə pəncərənin.
   
   
   
   Çovğun şüşənin üstə
   
   bəzək vururdu müdam,
   
   amma bir şam yanırdı,
   
   amma yanırdı bir şam.
   
   
   
   Şölələnən tavanda
   
   Kölgələr dolaşırdı.
   
   Qollar çarpazlaşırdı,
   
   qıçlar çarpazlaşırdı
   
   tale çarpazlaşırdı.
   
   
   
   Çəkmələr də düşürdü
   
   taqqataq yerə.
   
   Elə bu zaman
   
   çıraqdan da mum idi
   
   göz yaşı kimi
   
   paltara daman.
   
   
   
   Yox olurdu hər şey
   
   bu ağ zülmətdə,
   
   bu çal zülmətdə,
   
   bu qarlı axşam.
   
   Masanın üstündə bir şam yanırdı,
   
   yanırdı bir şam.
   
   
   
   Otağın küncündən
   
   düz şama sarı
   
   vururdu külək.
   
   Ehtiras odu
   
   xaç tək gərirdi
   
   iki qanadın
   
   sanki bir mələk.
   
   
   
   Bütün fevral da
   
   çovğunlu keçdi.
   
   amma elə hey,
   
   hər qarlı axşam,
   
   masanın üstündə bir şam yanırdı,
   
   yanırdı bir şam.
   
   
   
   
   
   Şair Səlim Babullaoğlunun tərcüməsi
   
   
   
   Lopa- lopa bütün dünya,
   
   Künc- bucaq qardı.
   
   Yanırdı bir şam masada,
   
   Bir şam yanırdı.
   
   
   
   Mığmığalar yay gələndə
   
   Cuman tək oda,
   
   Çırpılırdı çəngə-çəngə
   
   Çöldən cama qar.
   
   
   
   Ox - çevrə şəkli aynada
   
   Çovğun yapırdı.
   
   Yanırdı bir şam masada
   
   Bir şam yanırdı.
   
   
   
   Bəyaz tavanda kölgələr
   
   Gəzirdi az-az.
   
   Çarpazdı ayaqlar, əllər
   
   Qədər də çarpaz.
   
   
   
   Düşən zaman taqqıltıyla
   
   Başmaqlar yerə
   
   Gözyaşı mum damlayırdı
   
   Şamdan ətəyə.
   
   
   
   Ağdı qarlı qaranlıqda,
   
   Hər şey dümağdı.
   
   Yanırdı bir şam masada,
   
   Bir şam yanırdı.
   
   
   
   Şamı küncdən yel çəkirdi,
   
   Həvəs "yaz!" deyə
   
   Xaçqanadlı mələkə kimi-
   
   Çəkirdi göyə.
   
   
   
   Fevral boyu dayanmadan
   
   Yağdı ki, yağdı.
   
   Yanırdı bir şam masada,
   
   bir şam yanırdı.
   
   
   
   "Qış gecəsi"nin orijinalını və tərcümələrini oxuyub üzümü "Xəzər" jurnalının redaktoru şair-publisist Tofiq Abdinə tuturam. Ondan soruşuram: "Əgər rus dilini bilmirəmsə, öyrənməyim də mümkün deyilsə, Pasternakı necə oxuyum?
   
   Abinin cavabı orijinalda:
   
   -Əsl tərcüməçi təkcə nəsr əsərinin məzmunu və sintaktik xüsusiyyətlərini verməklə kifayətlənməməli, onun daxili ritmini də oxuculara çatdırmaq üçün doğma dilin bütün imkanlarından istifadə etməlidir.
   
   Anarın tərcüməsindəki "Qış gecəsi"ndə mətnə sadiqlik var. Rus dilindən tərcümədə bir sözün müxtəlif mənası var. Tərcüməçı dili çox gözəl bilməlidir ki, şeirin ruhuna uyğun sözləri seçsin. Pasternakın "Qış gecəsi" şeirinin ilk misrasında Səlim Babullaoğlu "lopa-lopa qar" deyir, Anar isə "çovğun" kimi tərcümə edib. O şeirə Anar Rzayev şeirin musiqisinə, ritminə və ahənginə uyğun olaraq yanaşıb. Bu tərcümə bizim klassik tərcümələrdi. Dünya ədəbiyyatında belə bir fikir var ki, ümumiyyətlə şeir tərcümə olunmamalıdır. Necə olmalıdır əslində? Şeir misrada necə varsa, o cür tərcümə edilməlidir. "Sevirəm" sözü ilə "istəyirəm" sözü arasında fərq böyükdür. "Sevirəm" sözünün altındakı məna, agrı, "mən səni istəyirəm" fikrindəki anlamla xeyli fərqlidi.
   
   Əlbəttə, Səlim Babullaoğlunun da tərcüməsində haqq var. Amma tərcüməçi axşamı səhər, səhəri günorta edirsə, yaxud "çovğun" "lopa lopa qar" kimi tərcümə olunursa, bu şeirin, şeiri yazan müəllifin yox, tərcümə edən adamın şeirinə çevrilir. Şeir tərcümə olunmamalıdır, ona görə deyirlər ki, bəzən elə şeir olur, onu dilə çevirmək mümkün deyil. Həmin şeiri necə var, elə də tərcümə etmək lazımdır.
   
   
   
   Səlim Babullaoğlu kimi müəlliflərin də tərcümələri qəbul olunur, yazıçı Anarın da.
   
   Amma oxucu hansını qəbul edəcək, artıq o onun ixtiyarına verilir.
   
   Bu yerdə sual verməmək ağılsızlıq olardı. Ağılsızlıq eləmirəm:
   
   - Bəs Pasternak bu tərcümənin hansını qəbul edərdi?
   
   -Təbii ki, Anar Rzayevin tərcüməsini qəbul edərdi. On bir hecalıq şeiri, qoşmanı Azərbaycan dilinə sərbəst şeir kimi tərcümə etmək olmaz. O tərcümə olmur, o şeiri anlatmaq olur. Onda belə yazılsın: Səlim Babullaoğlu şeiri belə anladır, Anar tərcümə edir. Nazim Hikmət ömrü boyu şeiri danışıq dilinə yaxınlaşdırmaq istəyirdi. Amma Səməd Vurğun tamamilə əksinə, dram əsərlərini şeirlə yazırdı. Nazim Hikmət yazırdı:
   
   
   
   Xoş gəldin qadınım mənim,
   
   xoş gəldin.
   
   ayağını basdın otağıma
   
   qırx illik beton, çayır-çəmən indi
   
   Güldün, güllər açıldı
   
   pəncərəmin dəmirlərində.
   
   
   
   Bu şeirdə qafiyə yoxdu, amma nə qədər musiqi var.
   
   Son: Əgər misranın sahibi hisslərdisə, musiqi niyə eşidilməsin axı...

TƏQVİM / ARXİV