“Dilmanc İmla” sisteminin yeni versiyası istifadəyə verildi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Dilmanc” layihəsi şifahi nitqi mətnə çevirən "Dilmanc İmla” sisteminin yeni versiyasını istifadəyə verib. Nazirlikdən verilən məlumata görə, əvvəlki versiyadan fərqli olaraq, proqramın yeni versiyası daha keyfiyyətlidir və bu versiya smartfon tipli mobil telefonu mikrofon kimi istifadə etməyə imkan yaradır.
Proqramın istifadə qaydası çox sadədir. Belə ki, həm kompüterə, həm də telefona "Dilmanc İmla” proqramı yükləndikdən sonra kompüterə yazılmış proqramın təklif etdiyi birləşmə kodu telefona daxil edilərək kompüter və telefon arasında internet üzərindən əlaqə yaradılır. Bundan sonra telefon mikrofon kimi istifadə edilə bilər. Kursoru kompüterdə mətn yazmaq üçün nəzərdə tutulan hər hansı pəncərəyə (məsələn, Microsoft Word və ya istənilən mətn prosessorunun pəncərəsi) qoymaqla işə başlamaq olar. Telefona deyilən imla avtomatik olaraq mətnə çevrilərək kompüterə yazılır. "Dilmanc” tərəfindən yaradılmış digər proqramlar kimi bu proqram da ödənişsiz yayılır və layihənin saytından köçürülə bilər.
Xatırladaq ki, "Dilmanc” layihəsinin elmi rəhbəri rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovdur.
Digər Xəbərlər
23 Aprel 2024 19:13
“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər
23 Aprel 2024 16:15Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
22 Aprel 2024 18:05Hacı Şahinin "Youtube" kanalı geri qaytarıldı
20 Aprel 2024 17:57"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17 Aprel 2024 21:00