adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

MAŞA SARKiSYAN

SEYFƏDDİN ALTAYLI
52998 | 2011-01-29 06:58
"Ermənilərin nə yaman şəkildə aldadılıb bir əşya kimi istifadə edildiyini görməmək mümkün deyildir. Nə var ki, bunu görə bilmiyən və ya görmək istəməyən bəzi korlaşmış Erməni çarıq-çürükləri və ya qılınc artıqları, hələ də bu bəxtsiz xalqı yeni bəlalara sürütdüyüb aparmaq üçün dəridən-qabıqdan çıxır".
   
   
   
   Levon Panos Dabağyan (Erməni məsələsi və 1915 xaosu)
   
   
   
   Mərhum atam, bilərəkdən bəlaya qarşı gedənlər və ya bilərəkdən səhvə yol verənlər üçün daim; "Allah insana bəla yollayanda əvvəlcə onun ağlını əlindən alar" deyərdi. Onun bu sözlərini ömrüm boyu müşahidə elədim və heç vaxt yanılmadığının şahidi oldum.
   
   Hayastanın klanı Sərj Sarkisyan 17 Yanvar günü Qıbrıs Rum Tərəfinə getmiş və Rum Tərəfinin klanı Dimitris Xristofyas ilə bir araya gəlmiş və heyətlər arası görüşlər keçirilmişdir. İki klan, turizm sahəsində 2011-2012-ci illəri əhatə edən ortaq fəaliyyətlər və səhiyyə ilə bağlı hazırlanan sazişləri imzalayıblar. İki baş klanın görüşündə Yuxarı Qarabağ məsələsi də gündəmə gəlib və Sarkisyan, "torpaq bütövlüyü ilə xalqların öz talelərini özlərinin təyin etməsi prinsipini mənimsədiklərini buyurublarg!" Görüşlərdən sonra da ortaq mətbuat konfransı təşkil edilib və Sarkisyan, mətbuat mənsublarına Hayastanla Qıbrıs Rum Tərəfi arasında müdafiə sahəsində davam edən fəal münasibətlərin olduğunu mənnuyyətlə dilə gətirib, qarşılıqlı iqtisadi əlaqələrin də yüksək səviyyəyə çıxarılması, Hayastanla Qıbrıs Rum Tərəfi arasındakı mədəni əlaqələrin inkişaf etdirilməsini istədiklərini vurğulayıb. Hayastanın baş klanı həmçinin deyib ki, "Hayastan, Türkiyə ilə əlaqələri inkişaf etdirmək istəyir, ancaq sərhəd qapıları hələ də bağlıdır və diplomatik əlaqələr də başladılmayıb. Hayastan, Türkiyənin Avropa Birliyinə üvziyyətinə müxalif deyildir, ancaq Türkiyə, keçmiş tarixi ilə üzləşib onu qəbul etmədən və qonşuları ilə əlaqələrini normallaşdırmadan Avropa Birliyinə qəti şəkildə üzv ola bilməz" buyurublar.
   
   Vay dədə!..
   
   Sarkisyan, Avropa Birliyinin cilovunu əlində tutub onu istədiyi tərəfə dartırmış, ancaq bizim xəbərimiz yox imiş, bilmiyənlər bilsin...! Pahoo! Türkiyə, Maşa Sarkisyanı razı salmasa bir daha Avropa Birliyinin qapısının üzünü də görə bilməz...! Deməli işimiz bir Allaha qalıb..! Sanki Avropa Birliyi olmasa Türkiyə acından öləcəkdi..!
   
   Hayastanın rəhbəri elə üfürür ki, yerdə də göydə də kül qalmır sovurur, eşidənlərin də ağlı başından gedir.
   
   Rumlar, Bizans İmperiyasının tör-töküntüləridir. Sarkisyan öz tarixlərini bilməyəcək qədər cahil biri deyildir. Bugünkü Rumların babaları olan Bizans İmperiyasının orduları, Sarkisyanın babalarını dəfələrlə qılıncdan keçirdilər və qalanlardan da kölə kimi istifadə etdilər. Atalar deyib, "can çıxar, xasiyyət çıxmaz". Hayların milli geni maşalıq üstündə bərqərardır. Dünən maşa idilər, bugün də həmin missiyalarını yerinə yetirirlər. əgər belə olmasaydı dədə-babalarını qılıncdan keçirərək qanını qəltan eləyib torpağa gübrə eləyən bir xalqın nümayəndələri ilə sadəcə olaraq kürəklərini öz mənafei üçün tumarlayan imperialistlərin göz eləməsiylə stol arxasında əyləşib görüş keçirə bilərdi və o cəfəngiyyatları edərdi!ə əslində Rumların da onlardan hərhansı fərqi yoxdur, çölmək diyirlənib qapağını tapıb. Yunanlılar da eynilə Rumlar kimi düz beş yüz il Türk hakimiyyəti altında yaşadılar. Haçan ki, Osmanlı Dövləti gücünü itirdi imperialist ölkələr o saat hücuma keçdilər. Onların bayraqdarı da İngiltərə ilə Fransa idi. Bunların öz orduları kifayət etmirmiş kimi, müstəmləkələrindən də yığdıqları yazıq cahilləri gəmilərlə gətirib bizə səngərlərdə bizimlə vuruşdurdular. Ancaq bütün bunlara və çatışmazlıqlara, imkansızlıqlara baxmayaraq imperializmin şərəfini və namusunu Mərmərə dənizinin düz dibində dəfn elədik, üstündən də bir cam soyuq su içdik. Baxdılar ki, özlərinin gücü çatmır, bu dəfə maşa xarakterli Yunanlıları qızışdırıb üstümüzə qışqırtdılar və ölkəmizin əgə sahillərini işğal etdirdilər. Daha Anadolu Türklüyü üçün təzə bir düşmən yaradılmalıydı və İngilislər ilə Fransızlar, kərə yağından tük çəkər kimi bunu da həll etməliydilər, Yunanlıları tapmaqla onu da yerinə yetirdilər. Yunanlılar isə imperialistlərin toruna düşüb, bizə düşmən kimi təqdim olunduqlarının fərqinə varmadılar və eynilə hayların Qarabağda Azərbaycan Türklərinə etdiklərini Yunanlılar Anadolu Türklərinə etdilər. İmperialist İngilislərlə Fransızlar dırnaqlarını bir-birinə sürtüp Yunanlılarla bizim hesablaşmamızı tamaşa etməyə başladılar. Yunanlılar isə nə cür bir tələyə düşdüklərini ancaq ordularının əgə dənizinə tökülüb məhv olduğunda başa düşdülər. Böyük rəhbər Atatürkün liderliyindəki Məmmədçiklər bütün imkansızlıqlara baxmayaraq Yunanlılara elə bir dərs verdi ki, tarix boyu yadlarından çıxmaz və onlar rədd olub müqəddəs vətənimizdən getdilər.
   
   Qıbrıs Rum tərəfinin qağası Yunanıstandır və dünən deyiləcək bir vaxtda orda iqtisadi böhran səbəbiylə xalq küçələrə töküldü. Rumlar iqtisadi yöndən Yunanıstana məhkumdur, Yunanıstan da Avropa ölkələrinə. Hayastanda da 1988-ci ildə dörd milyon yarım əhali yaşayırdı, indi onlardan iki milyon ölkəni qoyub qaçıb qalıb iki milyon yarımı, onlar da dolanışıq üçün hər cürə şeylərini hərraca qoyublar. Qalan əhalinin yüz faizi ölkəni nə cür tərk edə bilər və qərbli bir ölkəyə pənah apara bilər onun qayğısındadı. İqtisadi çatışmazlıq xirtəyə çıxıb. Rusiya isə qarın toxluğuna onları özlərinə irəlidəki bir post kimi saxlayır, yəni rusların maşasıdılar. Rusiya, onların sayəsində Azərbaycandan neft və qaz kimi strateji məhsulları istədiyi qiymətə qopartmağa çalışır.
   
   Belə bir halda iki maşa xalqın maşa klanı arasında hansı sazişə qol çəkilərsə çəkilsin onun nə hökmü olar, ancaq milçək mədə bulandırır, ayrı heç nə etmir...
   
   Ermənilər, Rusların sayəsində Qərbi Azərbaycan torpaqlarına yiyələndilər, sonra da Rus ordusunun Azərbaycan torpaqlarının iyirmi faizini işğal edib özlərinə hədiyyə etməsini də unudub və onu özlərinin işğal etdiyini zənn edirlər. Yunanlıların, imperialistlər tərəfindən Anadolu Türklüyünə düşmən deyə qabağa tullandığını, özlərinin də ruslar tərəfindən eynilə yunanlılar kimi Azərbaycan Türklüyünün qarşısına düşmən kimi çıxarıldığının fərqində deyil bu yazıq..! Deyil, çünkü çarəsiz bir maşadan savayı heç nə deyil və maşaların da öz milli idrakları olmaz.
   
   Sarkisyan, öz qan qardaşı olan Levon Panos Dabağyanın bu sözlərinə fikir versə və onu başa düşsə xalqı üçün daha yaxşı və xeyirli bir iş görər:
   
   "Əsrlər boyu Səlcuqlu və Osmanlı Türk imperatorluqlarının himayə və ehsanı ilə dinc bir ömür sürmüş haylar, indiki vaxtdakı acınacaqlı vəziyyətə sadəcə olaraq bir səhvə yol verməklə düşüblər. O səhv də, Qərbli Xıristiyan dövlətlərin təlqinlərinə qulap verib onlara inanmaqdı, özgə bir səbəb axtarmaq beyhudədir".

TƏQVİM / ARXİV