Son vaxtlar yaman çox fikirləşirəm. Özü də inanın ki, özümdən asılı deyil, bu fikirləşmək. Bir ətrafa baxıram, bir evə, bir işlədiyim yerə, bir qəzet-jurnala, bir də nəhayət ki, teleekranlara. Elə baxa-baxa da görürəm ki, hər yerdə hər şey dolaşıqdı. Nə evdə iş düz getmir, nə işlədiyim yerdə, nə mətbuatda, nə ekranda, nə də bunların fonunda dünyada...
İndi mən durub-oturub, bu fikirlərimi sözbəsöz xırdalasam, siz də hövsələdən çıxacaqsınız, mənim də səbrim tükənəcək. Bax, elə bu yerdə yadıma düşmüş bir faktı diqqətinizə çatdırım. Təptəzə xəbərdi, heç üstündən saat da keçməyib. Deməli, gənc həmkarlarımın biri ilə söhbət zamanı keçmişə üz tutdum və onu təəccübləndirən şəkildə dedim:
- 1941-ci ilin axırında müharibəyə gedəndə məni yola salan ayaqdan başa diqqət yetirib dedi:-Ayaqqabının bir tayı cırıqdı, barı qayıdanda özünə bir cüt təzə ayaqqabı alarsan!!!
Bu dediklərim gənc həmkarımı xeyli düşündürdü və nəhayət dedi:
- Müəllim, heç olmasa qayıdanda təzə ayaqqabılar ala bildin, yoxsa yox?!
Bəli, doğrudan da bu gün təkcə təzə ayaqqabıya yox, həm də sözün bütün mənalarında təzə və təmiz münasibətlərə ehtiyacımız var. Biz kiflənmiş düşüncələrin, arzuların, duyğuların, istəklərin, məram və məqsədlərin və nəhayət, vəzifələrin içərisində özümüz də yaman kiflənirik. Ona görə də baş aça bilmirik öz-özümüzdən, hətta baş açmağa gücümüz də çatmır. Çünki başımız da bu gün üçün tələb olunan səviyyədə deyil. Axı, bizim milli bağlılığımız, inanclarımız bir çox məqamlarda zamanla uyğunlaşdırılmır, həyatın inkişafına cavab vermir. Biz dinamikanı izləyə bilmirik, ona görə də büdrəyirik, ləngiyirik. Bax, o məqamda da kimlərsə, nələrsə bizi üstələyir. Buna təəssüf etmək lazım deyil, sadəcə bundan nəticə çıxarmaq lazımdır. Fakt üçün uzağa getməyək...
Paytaxtımızdan tutmuş bölgələrimizə qədər istənilən yerdə, istənilən ünvanda maraqlı bir mənzərə ilə qarşılaşmaq mümkündür. Bir çox maşınların salonundakı güzgülərdən üzərrik, gözmuncuğu, tikan, dağdağan və s. asılıbdır. Həyət evlərinin girişindən at nalı və digər əşyalar da elə məharətlə yerləşdirilib ki, bəzən baxanda fərqinə varmırsan. İnanclara görə, bunlar qoruyucudu, gözqaytarandı. Amma...
Amma mən bir şeyi başa düşə bilmirəm. Biz kimdən və nədən qorunuruq. Onsuz da itirdiklərimiz göz önündədi, torpaqlarımız da, əmlakımız da, qurban verdiyimiz şəhidlər də. Bu qədər itkidən sonra hansı nəzərlərdən qorunmağa ehtiyac qalır? Digər tərəfdən bunu bizdən alanlar da göz önündədi. Bəs görəsən, düşmən də həmin o mənim sadaladıqlarımdan istifadə edir, yoxsa yox?!.
Deyəsən sual bir az qəliz oldu, amma gerçəklikdi. Doğrudan da biz fərd halında özümüzü, ailəmizi qorumağa yaman çox meyilliyik. Bunun konkret nümunəsini göstərdim. Məni tanıyanlar və mənim tanıdıqlarım da ətrafına, üst-başına baxsın. Mütləq onların da üstüdə "Nəzər" duası olacaq. Allah yaman gözlərdən qorusun!!!
Bəs torpaqlarımız? - ona da dua yazdıraq? Bəs kimə? Harda?
Hə, deyəsən məsələ tündləşdi. Lakin bu tündlüyə işıqsalma imkanı da var. O da təbii ki, fərdilikdən keçir. Mən nədənsə son vaxtlar özüm barəsində fikirləşməyə başlamışam. Fikirləşdikcə də özüm-özümdən razı qalıram, xoşallanıram və onda ağlıma gəlir ki, birdən mənə göz dəyər. Üstümdə də heç nə gəzdirmirəm...
Bir çimdik duz götür,
sonra fırla, at-
Yansın od içində
başın bəlası...
Həmişə, hər yerdə
göstərir inad-
Qurunun bəlası,
yaşın bəlası...
Qurtulmaq çətindi
dərddən, acıdan
Hər addım
başında durur
üzümə
Hətta önə keçir qardaş -
bacıdan
Nəyi bacarırsa vurur
üzümə...
Bilmirəm zamandı,
yoxsa cəmiyyət
Bütün olanların
günah ünvanı.
Mənasız, gərəksiz
artan
kəmiyyət-
Vurub halallıqdan salır
insanı!..
***
Hər gün təzə bir xəbər eşidirik, təzə bir mənzərəni yaddaşımıza köçürürük. Və bu təzəlik bizim üçün cəlbedici olduğu kimi, düşündürməyi də bacarmalıdı. Təəssüf ki, biz görüntüyə düşünməkdən daha çox üstünlük veririk. Çünki zahir batindən, yəni daxildən daha çox maraqlı olur. Görünür, bunu əsas götürən ağsaqqallar deyiblər ki, "göz gördüyünə inanar".
Biz bu gün həm görürük, həm iştirakçısı oluruq, həm inanırıq, həm də inkar edirik. Bunun da arxasında məntiq var. Çünki gördüyümüz hər an dəyişir. İnandığımız ona uyğun məqam gələndə təzələnir, yeniləşir. İştirakçısı olduğumuz bizi oyundan kənarlaşdırır. İnkar etdiyimiz, bizim yaxamızdan tutur... Bax, bütün bunların içində özümüz ola bilmirik. Daha doğrusu, bizi özümüz olmağa qoymurlar...
Nə qədər dərinə baş vurursan vur, sonda suyun üzərinə çıxmalısan. Çünki suyun üzəri ən sonuncu dayanacaq və ən sadə bir şəkildə görünə biləcək yerdi. Son dayanacaqdan, hamının görə biləcəyi yerdən isə, qaçıb qurtarmaq mümkün deyil. Ona görə ki, bu hamı üçündür, bu hamının taleyinə, bəxtinə yazılan gerçəklikdir. Təəssüf ki, biz gerçəklikdən çox, xəyallara üstünlük verməyə başlamışıq. Unutmuşuq ki, xəyalların başqa bir yumşaq adı da var, daha doğrusu, bənzətməsi: -sabun köpüyü!!!
O, istənilən an yox ola bilir. Biz insanlar da bu yoxluq üçün ömür sərf edirik. Çox qəribədi, bilirik, görürük, inanırıq, amma gerçəkləşməsi şübhəli olan xəyallara könül veririk. Necə ki, yuxulara inanırıq, necə ki, yuxulardan təsəlli tapırıq.
Tez unudulan yuxuyam
Göz açıb yumunca,
yoxam.
Nəyi itirəcəm, qorxam-
Təkliyimdən savayı...
Görünüb, itən işıq tək
Məni sonuncu
ümid çək...
Hər şey günahdı,
aşiq tək-
Çəkdiyimdən savayı...
Coşub, kükrəyib
əsdim də
Durmadı heç vaxt
qəsdimdə
Özümü yolu üstündə-
Əkdiyimdən savayı!...
***
Bəli, son vaxtlar yaman çox ortalıqda görünürəm, diqqət mərkəzində oluram, yuxularımı da qarışdırıram. Hətta adı yadımdan çıxan tanışlar da zəng vurub halımı soruşurlar. Özümdən şübhələnməyə başlamışam, deyəsən gözə gəlirəm?!
Hə, bir də onu deyim ki, ümumiyyətlə, qaçqınların hamısı gözə gəlib. Ona görə də həmişə diqqət mərkəzindədilər - villa tikəni də...CİP alanı da... iş adamı olanı da... qul bazarında dayananı da!..
Belə getsə, qaçqınları ancaq nəzər qırıb qurtaracaq. Nəzərdən qorunmağın bircə dərmanı var, o da İsa bulağının suyu, bir də işğal olunmuş ərazilərin bir çimdik torpağı! Suyu içirsən, torpağı da boynundan asıb gəzdirirsən. Onda nəzər sənə yaxın düşmür. Bunu etmək üçün də... lazımdı!!!