adalet.az header logo
  • Bakı 13°C
29 Aprel 2015 16:02
33628
AVTOMABİL
A- A+

Bu yola girmək olarmı?

Azərbaycanda ilk Avropa oyunları keçiriləcək. Bütün ölkə bu yarışa və qonaqların qəbuluna hazırlaşır. Həmçinin Azəryolservis ASC də. Bu günlərdə Bakı yollarına "Oyunlar zolağı" çəkilməyə başladı.


Bu mövzudaavtostop.tvsaytı yazı hazırlayıb. Yazıda deyilir ki, bu xətt çəkiləndən sonra sürücülər arasında belə bir sual yaranmağa başlayır : "Bu zolağa girmək olarmı ?"

Əvvəla onu demək lazımdı ki, bütün dünyada nəqliyyat üçün xüsusi ayrılmış zolaqlar olur. Adətən bu zolaqlar ictimai nəqliyyat üçün nəzərdə tutulur. İctimai nəqliyyat bu yolla sərbəst hərəkət edir və heç bir halda həmin yola digər hərəkət iştirakçıları daxil ola bilməzlər. Misal olaraq M.Hadi küçəsi "Əhmədli" metro stansiyasının qarşısını çəkmək olar. Amma bu tip yollar öncədən müvafiq nişanlarla nişanlanmalıdırlar.Yəni bu yolun başlanğıcında hansı nəqliyyat vasitələri üçün nəzərdə tutulduğu və qadağan edici nişan quraşdırılması mütləqdir.

İndi isə qayıdaq oyunlar zolağına.

İndi bəzi sürücülər deyəcək ki : "YHQ-da Baku 2015 nişanı olmadığına görə bu yola girə bilərəm" . Amma çox güman həmin zolaqların başlanğıcına "Giriş qadağandır" nişanı qoyulacaq . Lakin "bu nişan yoxdursa girə bilərəmmi?" sualına indidən cavab verək.

Nişan yoxdursa qadağa da yoxdur. Lakin "mənim yolum dardır bu xətti tapdalıyım. zolağa daxil olum" olmaz. Çünki bura çəkilən xətt rəngi sarı olsa da 1.1 xəttidir.

Yol Hərəkəti Haqqında Qanuna əsasən 1.4, 1.10 vә 1.17 xətləri sarı rəngdə ola bilər. Digər bütün xəttlər ağ rəngdə çəkilməlidir. Ancaq burada 1.1 xətti sarı rəngdə çəkilib. Səbəblər müxtəlif ola bilər amma bizim işimiz qanunu sizin üçün izah etməkdir ki, sabah cərimələnməyəsiniz.

Yol Hərəkəti Haqqında Qanunun 69-cu maddəsində 1.1 xətti haqqında deyilir :

1.1 — әks istiqamәtli nәqliyyat axınlarını ayırır vә yolların tәhlükәli yerlәrindә hәrәkәt zolaqlarının sәrhәdini, yolun hәrәkәt hissәsinin giriş qadağan edilәn sәrhәdlәrini, nәqliyyat vasitәlәrinin duracaq yerlәrinin sәrhәdlәrini vә avtomagistrallara aid edilmәyәn yolların hәrәkәt hissәsinin kәnarlarını göstәrir;

Maddədən belə anlaşılır ki, girişi qadağan edən yerə daxil olduqda bizə İXM 151.2 60 AZN 3 cərimə balı tədbiq edə bilərlər.

İndi isə qayıdaq sarı xətt məsələsinə.

Azərbaycanın Yol Hərəkəti Haqqında Qanunu Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynalxalq konvensiyalarla nizamlanır. Onlardan biri isə "Yol nişanları və nişanlanma xəttləri haqqında" Konvensiyasıdır.

Bu konvensiyanın 29-cu maddəsinə əsasən yol nişanlanma xəttləri sarı , ağ və bəzən göy rəngdə çəkilə bilər. Konvensiyaya əsasən tərəfdaş ölkələr eyni xətt kateqoriyasında yalnız bir rəng istifadə edə bilərlər. Lakin elə həmin 29-cu maddədə müvəqqəti olaraq təmir , yol hərəkətində istiqamət dəyişmə olarsa adi daimi işlədilən xəttin rəngindən fərqli rəngdən istifadə olunması tövsiyyə olunur. Yəni Avropa Oyunları ilə əlaqadar həmin yolda hərəkət müvəqqəti dəyişdirilirsə 1.1 xətti sarı rəngdə çəkilə bilər. Bu beynalxalq konvensiyay zidd deyil. Və yol hərəkəti iştirakçıları bunu nəzərə almalıdırlar.

Azərbaycan qanunları beynalxalq hüququn bir hissəsidir və dünənə qədər oxumadığınızı buradan öyerəndinizsə digərlərinə də izah edin. Heç kim qaydanı pozmasın və cərimələnməsin.