adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Aprel 2015 15:43
34571
AVTOMABİL
A- A+

“Bugatti” artıq Azərbaycanda

Şahidlər lüks avtomobilin fotolarını paytaxt küçələrinin birində çəkiblər.

Fotodakı qiyməti bir milyondan (dollar) çox olan "Bugatti Veyron Mansory linea vincero d oro” avtomobilidir. Avtomobil tuninq edilib.

"Sportcar”-ın orta qiyməti 1 milyon 250 min ABŞ dolları təşkil edir.

"Bugatti Veyron” avtomobilinin maksimal sürəti 431 km/s təşkil edir.

7993 см³ (8 litr) mühərriklə təchiz olunmuş bu modellər 1020-1040 at gücünə malikdir.

Avtomobil 100 km/s sürəti 2.5 saniyəyə yığır.

Qeyd etmək lazımdır ki, "Bugatti Veyron”-un yaranma tarixi 1999-cu ildə EB 18/3 Chiron konseptinin təqdim edildiyi Tokio avtosalonunda başlayıb. Nümunə 2001-ci ildə Cenevrə avtosalonunda publikaya təqdim edilib. Yeni adını isə Veyron, 1939-cu ildə Bugatti avtomobilin "Le-Mana 24 saat” yarışında qələbə qazanmış fransız Pyer Veyronun şərəfinə alıb.

2005-ci ilin sentyabrında fransız şəhəri Molsaymda yerləşən zavodda ilk superkar istehsal edilib. 

Ümumilikdə 450 maşın yığılıb və artıq satılıb. 2013-cü ilə qədər Bugatti Veyron dünyada ən sürətli seriya avtomobili idi.

Avtomobilin istehsalı artıq dayanıb.