adalet.az header logo
  • Bakı 20°C
29 Aprel 2015 12:44
5551
MARAQLI
A- A+

Qusarlı arıçı rekord astanasında

Qusarın Əcəxuroba kəndində yaşayan 41 yaşlı arıçı Qurban Əmiraslanov qeyri-adi bacarığı ilə görənləri təəccübləndirir. 

Arıçı heç nədən çəkinmədən eyni vaxtda 40-50 min arını üz nahiyəsinə toplayır və uzun müddət bu vəziyyətdə qalmağı bacarır. Arıçılığın sirlərini atasından öyrənən Q.Əmiraslanov üzərinə ən çox arı toplayan şəxs kimi Ginnesin Rekordlar Kitabına düşmək iddiasındadır.
 
Q.Əmiraslanov "arılarla şou”sunu bir neçə dəfə dostları üçün nümayiş etdirib. O bildirir ki, arıları üz nahiyəsinə toplamaq göründüyü qədər də asan iş deyil. Arıçı arılarla belə davranışın çox təhlükəli olduğunu deyərək, bu əməli təkrarlamamağı tövsiyə edir.
 
Qeyd edək ki, Q.Əmiraslanov, eyni zamanda, arıçılar arasında keyfiyyətli bal istehsalçısı kimi də tanınır.