adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Aprel 2015 01:19
3770
LAYİHƏ
A- A+

ZAQATALA: TƏBİƏTİN FÜSUNKARLIĞI VƏ MODERNLƏŞMƏ





"İçməli su layihəsi insanların rahat yaşaması üçün infrastruktur layihələri arasında bəlkə də birinci yerdədir. Çünki su həyat, sağlamlıq deməkdir. Keyfiyyətli içməli su sağlam həyat deməkdir. Artıq Zaqatalanın içməli su ilə təminatı həll olunub. Bir neçə kənd də əhatə olunur və gələcəkdə başqa kəndlərdə də fərdi qaydada bu layihələr icra edilməlidir".

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev

(əvvəli ötən sayımızda)

Kənd təsərrüfatı tədbirlərinin aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilməsi məqsədi ilə rayonda bütün imkanlar səfərbər olunaraq 679 ədəd özüyeriyən texnikadan istifadə edilmiş, "Aqrolizinq" ASC-nin rayon filialında olan 49 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vasitəsi ilə cari ilin I rübündə 126 ha sahədə aqrotexniki işlər yerinə yetirilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi davam etdirilmiş 2015-ci ilin məhsulu üçün becərmə aparmış buğda istehsalçılarına 181,6 min manat subsidiya verilmiş, fermer təsərrüfatlarına güzəştli qaydada 207,8 min manat dəyərində mineral gübrələr satılmışdır.
Cari ilin I rübündə rayonda mal-qara və quşlar arasında kütləvi tələfata səbəb ola biləcək iti yoluxucu xəstəliklər və zəhərlənmə halları baş verməmiş, epizootik vəziyyət sabit saxlanılmışdır. Ötən müddət ərzində rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə damazlıq təsərrüfatları fəaliyyətini davam etdirmiş, süni mayalanma yolu ilə 1400 baş ana maldan 1060 baş (+43 baş) bala əldə edilmiş, iribuynuzlu mal-qaranın baş sayı 60816 (+150 baş) başa, qoyun-keçilərin baş sayı 166696 başa (+777 baş) çatdırılmış, rayonda 1630 ton (+26 ton) diri çəkidə ət, 9014 ton (+103 ton) süd, 3848 min ədəd (+124 min ədəd) yumurta istehsal edilmişdir. Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz yekun nitqində aqrar məsələlərə xüsusi yer verərək demişdir: "Bu il "Kənd təsərrüfatı" ili elan edilmişdir. Bu da bu sahəyə göstərilən diqqətin təzahürüdür. Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər".
Qarşıya qoyulmuş bu mühüm vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədilə rayonda fəaliyyət göstərən əlaqədar təşkilatlar, o cümlədən fermer təsərrüfatları bütün imkanları səfərbər etməkdədir.

Ekoloji məsələlər
diqqət mərkəzindədir

Rayonda ekoloji məsələlər də diqqət mərkəzində saxlanılmışdir. 2015-ci ilin I rübündə 8300 ədədi yol kənarlarında olmaqla, inzibati ərazilərdə 89,3 min ədəd ağac əkilmiş, 112 ha sahədə mədəni meşə əkininə xidmət göstərilmiş, 35 ha sahədə isə mədəni meşə əkini aparılaraq müxtəlif cinslərdən ibarət tinglər əkilmişdir. Görülmüş işlər nəticəsində rayonun meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbəti 37,6% təşkil etmişdir.
Torpaqların sel sularından mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri və əhatəsinin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə edilməsinə diqqət artırılmışdır. Ölkə Prezidentinin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" 29 yanvar 2014-cü il tarixli Sərəncamının icrası olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən rayonda 18 ədəd subartezian quyusu qazılmışdır. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən cari ilin I rübündə Zaqatala şəhərində, Göyəm, Kebeloba, Çobankol, Bazar kəndlərinin hər birində 1 ədəd olaraq cəmi 5 ədəd subartezian quyusu təmir olunmuşdur. Bundan başqa, cari ildə 6 kəndin 2101 ha əkin sahəsinin suvarılmasına xidmət edən iki pilləli "Alazan" nasos stansiyasının suvarma şəbəkəsinin təmir edilməsi nəzərdə tutulmuşdur.

Tikinti, təmir və abadlıq işlərində yeni mərhələ

2015-ci ilin I rübü ərzində rayonda bütün maliyyə mənbələri hesabına xeyli tikinti, təmir və abadlıq işləri görülmüşdür.
Birinci rüb ərzində şəhərin Sülh küçəsində coxmənzilli çoxsaylı binalarının həyətində ictimai xeyir-şər evinin tikintisi başa catdırılaraq istifadəyə verilmiş, rayon Məhkəməsi üçün yeni inzibati binanın, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının, Yuxarı Tala kənd 2 saylı tam orta məktəbin yerində yeni 450 və Yengiyan kənd 264 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilmişdir.
2015-ci ilin I rübü ərzində rayonda məktəbəqədər təhsil müəssisələrinin tikintisi və təmiri, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində də işlər davam etdirilmiş, Muğanlı kənd körpələr evi-uşaq bağçasının bərpa-gücləndirməsi işlərində son tamamlama və abadlıq, Heydər Əliyev fondunun maliyyə dəstəyi ilə şəhərin şimal-qərb yaşayış massivində yeni 100 yerlik uşaq bağçasının tikinti işləri davam etdirilmiş, Əliabad qəsəbə 3 saylı körpələr evi-uşaq bağçası təmir edilərək yeni inventar və avadanlıqlarla təchiz edilmiş, Mamqabinə kənd körpələr evi-uşaq bağçasının təmiri üçün layhə-smeta sənədləri hazırlanmışdır.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ