adalet.az header logo
  • Bakı 13°C

QOŞMALAR

VAHİD ƏLİFOĞLU
37642 | 2011-01-15 08:13
1.
   
   Keçən günə indii hansı güman var,
   
   Daş qələmlər yeriyəndə gələrsən.
   
   Üzü qışa eh, o qədər duman var,
   
   Bu dağları bürüyəndə gələrsən.g
   
   
   
   O qapını bağlı qoyan ağla yan,
   
   Əllər gəzən əllərini ağla, yan.
   
   Sən düşdükcə yaddaşına, ağlayan
   
   Kor şübhələr kiriyəndə gələrsən.
   
   
   
   Yazıq qismət, barı qəmin gülün dər,
   
   Yarımazın odun üfür, külün dərg
   
   Bəxti dönük ocağının külündən,
   
   Od götürüb yarıyanda gələrsən.g
   
   
   
   Öz dərdini öz içində saxlamış,
   
   Çarəsizdi, beşiyində ağlamış,g
   
   Gözlərinin selavını bağlamış,
   
   Buz dəhnələr əriyəndə gələrsən.g
   
   
   
   Susub haray, boğazımda şilləyib,
   
   Damcılayıb, sinəm dolub, gölləyib.
   
   Çəkdiyimi kürəyimə şəlləyib,
   
   Yurd axtarıb, sürüyəndə gələrsən.g
   
   
   
   Nəyi var ki, görmədiyin ağacın,
   
   Kölgəsinə girmədiyin ağacın,g
   
   Meyvəsini dərmədiyin ağacın,
   
   Yarpaqları çürüyəndə gələrsən.g
   
   
   
   
   
   2.
   
   Axtardığım məndən küsüb, bircə gün,
   
   Üz döndərib gedən imiş, bilmədim.
   
   Məni sevən yüz il susub, bircə gün,
   
   Harayıma yetən imiş, bilmədim.g
   
   
   
   Günahımış, bu günahı unutmaq,
   
   Nisgil olur, üzə çıxır, unutmaq...
   
   Deyirdim ki, nə var axı, unutmaq,
   
   Sevmək qədər çətin imiş, bilmədimg
   
   
   
   Əldən çıxan o illərin qarğışı,
   
   Ürcahımda at oynadar qar-qışı,g
   
   Dönmədiyim doğmaların çağrışı,
   
   Dincliyimə vətən imiş, bilmədim.g
   
   
   
   Bir gecədə açıb, solan çiçəklər,
   
   Çox aldatdı məni, yalan çiçəklər...
   
   Dərdlərimə dərman olan çiçəklər,
   
   Lap yaxından bitən imiş, bilmədimg
   
   
   
   Tənhalığın gümanı az, səbri daş,
   
   İşığının qənşərində qəlbi daş...
   
   Bu cığıra daş atanın qəlbi daş,
   
   Barmaqları nədən imiş, bilmədimg
   
   
   
   
   
   3.
   
   Doğma deyil, mənə layla çalsa da,
   
   Eyvanında yuxladığım qapılar.
   
   Damcılamaz, bulud kimi dolsa da,
   
   Yüyürdüyüm, haqladığım qapılarg
   
   
   
   Qismət gülü dönsə minə, açılmaz,
   
   Hər taleyin tilsiminə açılmaz...
   
   Dar günlərin "sim-siminə" açılmaz,
   
   Xoş günlərə saxladığım qapılar...
   
   
   
   Tənhaların ətəyində dərd əli,
   
   Əl tutanda halalların mərd əli...
   
   Əl çatmayan pəncərədi, pərdəli,
   
   Həmişəlik bağladığım qapılar...
   
   
   
   Yaşılını payızında geyənim,
   
   Bu tərs dərdi atım, yoxsa bəyənim?
   
   Bağışlamır, çöl tərəfdən döyəni,
   
   İçəridən baxmadığım qapılar...
   
   
   
   Qoruq olmaz ölümlərə hər ömür,
   
   Günahların dəryazına vər, ömür...
   
   Açar istər, kilidinə, bir ömür,
   
   Yeri donub çıxmadığım qapılar...
   
   
   
   4.
   
   Nə götürdüm qucağından, qara daş,
   
   Əli dolu, paylı yollar, yalandı.
   
   Diyirlənər ocağından qara daş,
   
   Qədəmləri saylı yollar, yalandı...
   
   
   
   Heçdi payız, baharından dönmüşə,
   
   Neylər axı, budağından enmişə?..
   
   Körpəlikdən çıraqları sönmüşə,
   
   Orta yaşda Aylı yollar, yalandı...
   
   
   
   Ha istədim tək cığıra səs deyəm,
   
   Batdı səsim, daha gecdi, səsdiyəm...
   
   Doğmaların yandımına səs deyən,
   
   yad hənirə haylı yollar, yalandı...
   
   
   
   Şər şübhələr halalları qamçılar,
   
   Yal verənin züyün tutar yançılar...
   
   Harda olsa haqqa dərya damcılar,
   
   Sel gətirən çaylı yollar, yalandı...
   
   
   
   Səndən tutan gəlib səni ötürsə,
   
   Dayan qardaş, tozanaqda itirsən...
   
   Dörd divarın arasında bitirsə,
   
   O tərəfə ayrı yollar, yalandı...
   
   
   
   5.
   
   Gecələrim yuxu bilməz, nə vaxtdır,
   
   Gözlərimdə ayaq açar səhərim.
   
   Yaxın illər indi məndən uzaqdır,
   
   Ha çalışsam, sənə çatmaz əllərim...
   
   Başım üstə neçə şimşək oynayar,
   
   Dərdim coşub, bulaq kimi qaynayar,
   
   Həsrətimin seli çağlar dünyada...
   
   
   
   Bu get-gəlin əvvəli nə, sonu nə,
   
   Uşaq ömrüm heyrətimə söykənib.
   
   Qorxu olub ölüm hökmü kiminə,
   
   Dayanmışam qeyrətimə söykənib...
   
   İzlər görüb, gör nə qədər, hər üzü,
   
   Tamahkardı, tamahkardı yer üzü,
   
   Nəyim varsa alıb saxlar dünyada...
   
   
   
   Qiymaz yağır bu dərəyə yağış da,
   
   Dəli süküt, nə yatmısan, oyan, hey.
   
   Dağ cığırı çətin olur yoxuşda,
   
   Ay qaraltı, yorulmuşam, dayan, hey...
   
   Hovxuraram, zirvə buzu əriməz,
   
   Dümsüklərəm qayaları, yeriməz,
   
   Daşa dönüb niyə dağlar, dünyada...
   
   
   
   Yorğun payız qüssə dolu qaladı,
   
   Durnaların son nəğməsi hanı bəs?
   
   Sazaq əsdi, meşələri yaladı,
   
   Ağacların haray səsi hanı bəs?..
   
   Burnumdadı çiçəklərin ətiri,
   
   Avazlayıb söyüdlərin çətiri,
   
   Yarpaqlayar haçan bağlar, dünyada...
   
   
   
   Öz inadım öz canıma qənimdi,
   
   Yetirdiyim, bitirdiyim tapılmaz.
   
   Hansı şeyi istəmirəm mənimdi,
   
   itirdiyim, itirdiyim tapılmaz...
   
   Ev də var ki, mən çırağam, hardasa,
   
   Kimsə məni diri ağlar dünyada...
   
   
   
   ŞEİRLƏR
   
   
   
   Qarlı nəzərlərdən əsəm,
   
   üşüyəm,
   
   İsti qucaqlara enə bilmərəm.
   
   Bir də baxıb gördüm
   
   yekə kişiyəm,
   
   Təzədən beşiyə dönə bilmərəm.
   
   O yurdda bir qoca
   
   torpağa dönüb,
   
   Əcəl at oynadır başının üstə.
   
   Əlləri saralmış yarpağa dönüb,
   
   Əsə-əsə qalıb qaşının üstə.
   
   
   
   ***
   
   Hardasa görmüşəm
   
   mən bu payızı,
   
   Sarı yarpaqları əlimə yatır.
   
   Uzaqdan boylanan
   
   dostlarım kimi,
   
   Həsrəti, nisgili dilimə yatır.
   
   
   
   Kədər, qəm hər şeydən
   
   doğma olurmuş,
   
   Dərd qədim ağrıdı,
   
   köhnə kimidi.
   
   Dünya payızında yaşa dolurmuş,
   
   Bu payız oxunmuş mahnı kimidi...
   
   
   
   Dünən də beləcə
   
   yağdı yağışlar,
   
   Dünən də nağıla
   
   döndü çiçiəklər.
   
   İçinə su qaçmış ocaq yeritək,
   
   Buğlana-buğalana söndü çiçəklər...
   
   
   
   ***
   
   Sözün də keçəni,
   
   keçməyəni var,
   
   Çətinə düşədə atam deyərdi:
   
   -Bala, ortalıqda kişi sözü var.
   
   Harama sızmadı dəhnə kişilər,
   
   Qılınc kəsməyəni kəsdi sözünən,
   
   Soğantək soyuldu sözünün üstəg
   
   Hansı sözlərə ki, yiyə çıxan var,
   
   Sən demə o sözlər kişi sözüymüş...
   
   
   
   ***
   
   Əllərim çatanlar qadağan deyil,
   
   Gərəkli-gərəksiz götürmək olar.
   
   Elə bilirdim ki,
   
   gecə yarısı,
   
   Xoruzlar banlasa açılar səhər.
   
   İnandım mən ağac olmadığıma,
   
   İnandım əllərim göyrəməyəcək.
   
   
   
   ***
   
   Qapılar dalında qadınlar qalar,
   
   Tərsinə vurulmuş afişalar tək.
   
   Bu qışın harayı,
   
   hayı buzlayıb,
   
   Bu qış gecələrə oğurluq gələr.
   
   Qar kimi pərdələr pəncərələrdə,
   
   Yellənər təkliyin al bayrağı tək.
   
   
   
   
   
   Bu şeirlər Vahid Əlifoğlunun arxivindəndir və heç bir yerdə çap olunmayıb. Növbəti sayımızda da müəllifin çap olunmamış yazılarını sizə təqdim edəcəyik.

TƏQVİM / ARXİV