adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Aprel 2015 15:14
3365
ƏDƏBİYYAT
A- A+

Polşada Abbasqulu ağa Bakıxanovun əsəri dərc olunub

Dahi Azərbaycan mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun "Təhzibi-Əxlaq" (Əxlaqın formalaşdırılmasına dair" əsəri Azərbaycanın Polşadakı səfirliyinin AMEA Nizami adına Ədəbiyyat və Ədəbi Araşdırmalar institutları ilə birgə əməkdaşlığı əsasında nəşr olunub. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə çap olunan kitab "Azərbaycan fəlsəfəsi və etikası” seriyasından bir kitabdır. Kitab Polşa Mərkəzi və universitet kitabxanalarına göndərilib.

Qeyd edək ki, Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, fəlsəfə və etikası, incəsənəti, musiqisi, memarlığı, tarixi, eposları, mətbəxi və Azərbaycan-Polşa seriyalarında 30 adda kitab artıq nəşr olunub.