adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Aprel 2015 14:59
6398
TEXNOLOGİYA
A- A+

“Facebook Messenger”dən pulsuz videozəng funksiyası

"Facebook” öz "Messenger” əlavəsinə pulsuz videozəng funksiyasının yükləndiyini açıqlayıb. Şirkətdən bildiriblər ki, hazırda səsli zəng özəlliyinə malik olan "Facebook Messenger”in 600 milyon istifadəçisi bundan sonra iOC və Android qurğuları vasitəsilə görüntülü danışa biləcək.

Yeni funksiya hələlik 18 ölkədə - ABŞ, Böyük Britaniya, Belçika, Kanada, Xorvatiya, Danimarka, Fransa, Yunanıstan, İrlandiya, Polşa, Portuqaliya, Norveç, Litva, Meksika, Nigeriya, Uruqvay, Oman və Laosdakı "Messenger” istifadəçiləri üçün keçərlidir.

Gələcəkdə "Messenger”də qrup şəklində görüntülü danışmaq da mümkün olacaq. Mart ayında şirkət yaxın vaxtlarda "Messenger” vasitəsilə pul köçürmələrinin də mümkün olacağını bəyan edib.