adalet.az header logo
  • Bakı 21°C
28 Aprel 2015 14:54
1475
SİYASƏT
A- A+

Mitinqlərlə bağlı qanun dəyişdirildi

İcra hakimiyyəti orqanları kütləvi aksiyaların təşkilatçılarına tədbirin keçirilməsinə 3 gün qalmış yazılı cavab verəcək

 

Milli Məclisin iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 10-cu (Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması) maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.

 

 

Adalet.az-ın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

Dəyişikliyə əsasən, toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə artıq azı 3 iş günü qalmış yox, ümumiyyətlə, 3 gün qalmış yazılı şəkildə çatdırılmalıdır. Layihədə o da bildirilir ki, həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.

 

Layihə səsə qoyularaq qəbul edilib.