adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

HÜRMƏLƏK NƏNƏ...

MƏMMƏD DƏMİRÇİOĞLU
27001 | 2012-11-24 12:18
(Əvvəli ötən saylarımızda)

Müdhiş xəbəri İncəliyə çatdıran balaca Nəsib özünü Nacı Mahmud Əfəndinin evinə yetirib, qığılcım kimi atından yerə sıçradı. Balaca Nəsib (sonralar Qorğa Nəsib kimi tanınıb və həmin ocağın müqəddəs amallarının ləyaqətli daşıyıcılarından biri olub) Pir baba deyə çağırdığı Haçı Mahmud əfəndinin doğmaca əmisi nəvəsi idi. O, özünü Pir babasının üstünə salıb gördüklərini olduğu kimi ona söylədi. Bu xəbərdən pərişan olan Hacı Mahmud əfəndi sevimli dostu, ləyaqətli şagirdi olan Seyid Yasin Əfəndiyə üz tütaraq belə söylədi:

-Seyid Yasin Əfəndi, Hürməlk xanım Haqqın dəgahna qovuşdu. O, bizim təriqət qardaşımız, ləyadət və paklıq aynamız idi. Biz onu ləyaqətlə dəfn edib, vəsiyyətinə əməl etməliyik. Söz arasında bir dəfə vurğulamışdi ki, "o zaman özümü arzu-kamıma yetmiş sanardım ki, sən özün məni öz əllərinlə həmişə namaz qıldığım o təpənin üstündə dəfn edəsən, cənazə namazımı da özün qılasan". Allahın əmriylə o məqam yetişdi. İndi bizim də öz börcumuza əməl etməyimizin zamanıdı.

Salahlı tərəfdən bir bölük, İncəli istiqamətdən də bir bölük camaat üz-üzə gəlib, eyni zamanda Hürmələk təpəsinə çatdılar...

Uzun illər ötüşdü, tək məzar adlanan həmin yer ocaq yerinə cevrildi. Kimi ehsanat kimi həmin məzarın ətrafını hördurdü, kimi başdaşı qoydu, kimi isə məzarı ziyarət etmək üçün təpənin üstünə qədər pilləkən saldırdı.

Allan sənə Rəhmət eləsin Hürmələk nənə. Könül sevdalarımla cilalayıb, söz kərpicləriylə horməyə çalışdığım bu balaca abidəni də məndən bir ehsan kimi qəbul elə.



ÜZÜ HÜRMƏLƏK NƏNƏYƏ NƏĞMƏLƏRİM

HÜRMƏLƏK NƏNƏ

Yer- göy arası Allaha yoldu,

Yer cadar- cadar, göy puçur-puçur.

Pak ürəklərdə nurlu diləklər

Nəfəslə uçur, göyləri qucur.



Ağ bulud ahlar,- dil deyib ağlar,

Uca dağların qaşından öpər.

Dolama yollar, sevdalı qollar,

Başına dönər, daşından öpər.



Xirda çıçəklər, göy bənövşələr,

Allah eşqıylə qoxurlar yenə.

Anadil quşlar, sarı bülbüllər

Salavat deyib oxurlar yenə...



Yazdı, yamaclar xalılar toxur,

Cicəklər qoxur, bülbüllər oxur.

Qoxuyan oxur, oxuyan qoxur,

Bu "HƏMDİ" sənə, Hürmələk nənə.



Qaymaq dodaqdı sarı çiçəklər,

Köksünün üstdə arı iməklər.

Çiçək arzular, arı diləklər

Busəmdi sənə, Hürmələk nənə.



Can evim qəfəs, ruhum ağ nəfəs,

Bu səs, bu qəfəs Qurbanındı-kəs.

Eşqimdə həvəs, quş ağzımda səs

Nəğməmdi sənə, Hürmələk nənə.



Dillərin lalı-sevği məlalı,

Leylinin xalı, Məcnunun halı,

Lalənin alı, ayın camalı

Haləmdi sənə, Hürmələk nənə.



Qarada ağlar, ağda qaralar,

Gözdə qoralar, ah çəkib ağlar.

Meyvəli bağlar, bəhrəli tağlar

Töhvəmdi sənə, Hürmələk nənə...



Uçdu diləklər, düşdü lələklər,

Güldü"fələklər", öldü mələklər.

Solan ümidlər, qanlı ürəklər

Laləmdi sənə, Hürmələk nənə.



Köçür arılar, saralır bağlar,

Sökülür tağlar, tökülür dağlar.

Sinəmdə dağlar, gözüm qan ağlar,

Ümid ver mənə Hürmələk nənə.



ÖLÜRƏM

Allah, gözümdə yaş,

Güldükcə ölürəm.

Mən bilməyənləri,

Bildikcə ölürəm.



Yerin, göyün cəmi-

Bircə anın dəmi.

Gözlərimdən qəmi

Sildikcə ölürəm.



Döndər axan çaya,

Göydən baxan aya.

Bu fani dünyaya

Gəldikcə ölürəm



MƏN

Könlümdə batan,

Könlündü butam.

Sünbüldə yatan,

Sarı darı-mən.



Vuruldum görcək,

Ay üzü göyçək.

Dodağın çiçək,

Arı yarı- mən.



Ruhum bir qanad,

Dərdini qan, at.

Bu dünya abad,

Tarimarı- mən.



Sözün qoruyam,

Gözün nuruyam.

Sudan duruyam,

Aydan arı- mən.



Qəlb evim sərin,

Göylərdən dərin,

Qul qəriblərin

Xanimanı- mən.



Dərdimi dərdin,

Hara göndərdin?

Ən uca dərdin

Dağı, qarı- mən.



Sularla coşun,

Nəğmələr qoşun.

Dərdim bir qoşun,

Səridarı- mən.



Oduna yanın,

Qönçə fidanın.

Dosta fədanın

Düz ilqarı- mən.



Könlünü alın,

Könlü viranın.

Haqqa varanın

Dostu, yarı- mən.

P.S. Bu yazının ərsəyə gəlməsində mənə mənəvi dəstək olub, bildiklərini əsirgəmədən tövhə edən könül dostum İsmayıl İlməzliyə bu şeiri ərmağan etmişəm.

Qarı dünyaynan

Qeyli qalımı,

Bu qeyli-qalda

Ərzi halımı

Mövlama deynən.



Yad özümündü,

Övlad özümün,

Can özümündü,

Cəllad özümün...

Mövlama deynən



Sözdə batıram,

Közdə yatıram,

Dərdi atıram-

Mövlama deynən.



Göydən süzüldüm,

Cana düzülddüm.

Candan üzüldüm,

Mövlama deynən.



Daha ovlamır

Ahular məni.

Qurdun ağzında,

Ah ular məni.

Hara çağırır

Ya hu-lar məni?-

Mövlama deynən.



Nə ətri qoxum?

Hə səsdə oxum?

Bezdim bu vardan,

Hardadı Yoxum?-

Mövlama deynən,

Mövlama deynən...

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV