adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

ÖLÜM UÇURUMU

BABƏK YUSİFOĞLU
50177 | 2015-04-28 14:46

Onlar könüllü olaraq seçdikləri qorxunc səfərə on nəfəryola düşmüşdülər. Çəkinmədən, tərəddütsüz... Qarşıdakı yolları aşıb keçməyinasan başa gəlməyəcəyini, hər cür əngəllərin,müxtəlif maneələrin boy verəcəyini, önlərinə keçilməz sədlərin çıxacağını bilsələrdə.

Söz vermişdilər ki, məqsədlərinə çatmaq üçün əllərindəngələn hər şeyi edəcəklər. Nəyin bahasına oursa-olsun, nə özlərini, nə dəonların bacaracaqlarına inananları, yaxınlarını, doğmalarını "bacarmadılar"peşimançılığına uğratmayacaqdılar. Axı gənc, inadcıl idilər, qarşıda hələonları nə qədər sınaqlar gözləyirdi...

Amma onlarıdan heç biri bilmirdi ki, başladıqları busəyahət dillərdə dastana çevriləcək, həm dəinsanlıq üçün çözülməsi mümkün olmayan bir tapmayaca çevriləcək, on illərboyu üzərində baş sındırılsa da həqiqəti özündə əks etdirən bir məntiqi cavabtapılmayacaq. Hər şey ortada olsa beləyarım əsrlik müəmma elə müəmma olaraq qalacaq.

Onlar on nəfər yola düşmüşdülər, amma heyətdən bircəciyigeri döndüyü üçün hər şey doqquzunun başına gəldi...

Bilmirəm, bu haqda eşitmisinizmi? Mən məşhur Dyatlovqrupunun yürüşündən bəhs edirəm...

***

Hər kəs yaxşıbilir. Həyat çox gözlənilməz, maraqlı, həm də inanılmaz, qəribə hadisələrlədoludur. Nə vaxt, nələrin baş verəcəyini, insanın önünə necə sürprizlərinçıxacağını kimsə dəqiqliklə təxmin edə bilməz. Elə Dyatlov qrupunun üzvlərikimi. Haqqında söz açdığım ayaq xizəkçiləri qrupundakılarıın hər biri başqa-başqa yerlərdədünyaya göz açsalar da, müxtəlif şəraitdə böyüsələr də, fərqli arzulara, fərqliamallara sahib olsalar da həyat onlara eyniaqibəti yaşatdı...

                                 BAŞLANĞICDA ONLARON NƏFƏR İDİLƏR...

Zinaida Kolmoqorova 1937-ciil, 12 yanvarda Sverdlovck vilayəti, Kamensk rayonu, Çeremxova kəndində; İqorDyatlov 1936-ci il, 13 yanvarda texnik-ixtiraçı ailəsində, Pervo-Uralsk şəhərində; Rustəm Slobodin 1936-cı il, 11 yanvarda,qulluqçu ailəsində, Moskvada; LyudmilaDubinana 1938-ci il, 12 mayda, Arxangelsk vilayəti, Keqostrov şəhərində, qulluqçu ailəsində;Aleksandr Kolevatov 1934-cü il, 16 noyabrda, Sverdlovsk şəhərində,qulluqçu ailəsində; NikolayTibo-Brilolya, 1935-ci il, 5 iyunda, Kemerovada, fransız kommunistinin ailəsində; SemyonZolotaryov 1921-ci il, 2 fevralda Krasnodarın Udobnaya qəsəbəsində; Yuriy Doroşenko 1938-ci il, 29 yanvarda,Kursk vilayəti, Polyana Streletsk rayonu, Dvoretsk kəndində; Georgiy Krivonişenko 1935-ci il, 7 fevralda,Ukraynada Stalinsk vilayəti, Zuqres şəhərində; Yuriy Yudin 1937-ci il, 19iyulda, Solikamsk şəhərində anadan olmuşdular.Amma həyat onları bir araya gətirmişdi...

Buinsanları birləşdirən ixtisaslarından,seçdikləri peşələrdən, ali təhsil ocağından başqa, həm ayaq xizəkçiliyini yaxşıbacarmaları, həm də Uralsk Politexnikİnstitutundakı (UPİ) turist klubunun fəalüzvü olmalarıydı. Sverdlovsk şəhərindəki UPİ-nin dördüncü kurs tələbələriZinaida, Yuriy Doroşenko, Lyudmila, Aleksandr, Yuriy Yudin, eləcə də həminİnstitutunun məzunları olan Rustəm, Georgi, Nikolay və Kourovsk turistbazasının təlimatçısı Semyon İnstitutun5-ci kurs tələbəsi İqor Dyatlovun rəhbərliyi altında toplanaraq səyahətə qərar vermişdilər.

ƏslindəUPİ Turist klubunun töhvə xarakterliplanı vardı ki, Sovet İttifaqı Kommunist Partiyasının XXI Qurultayının (1959-cuil 27 yanvar - 5 fevral) şərəfinə Sverdlovck vilayətinin şimal istiqamətindəUral dağının şimalında yerləşən Otorten və Oyko-Çakur məkanlrına yürüşkeçirilsin. Və sonralar Dyatlov qrupuadlandırılacaq bu dəstə məhz həminyürüşü öz üzərinə götürdü. Tərəddüd üçün heç bir səbəb yox idi. Toplanan 10 nəfərinhər birinin bu işdə kifayət qədər təcrübəsi, bacarığı vardı.

                                                   URAL DAĞINADOĞRU

Plan belə idi: 350 kilometrməsafə qət edilməli, 16 gün ərzində yürüş başa çatmalıydı. Təxminən KP-nin XXIqurultayı da o ərəfələrdə başa çatacaqdı.

Bu,səyahət o dövrdəki turist yürüşlərinin klafikasiyası üzrə 3-cü dərəcə mürəkkəblik kateqoriyasına aid idi. Və hər kəsdə səfərin yüksək səviyyəli çətinliklərlə müşayət olinacağını bilirdi. Elə bu səbəbdəndə qrup hazırlıqlarını diqqətlə həyata keçirmişdi. Artıq yola düşmək üçün bütünişlər yekunlaşmışdı.

Dəstəyanvarın 23-də qatarla Sverdlovskdan çıxıb ertəsi gün Serova çatdı. Yudiningündəliyindən bilmək olur ki, həmin sutka ərzində qeyri-adi heç nə baş verməmişdi.Plana görə, onların növbəti istiqaməti şimala doğruydu. Elə o gün yenidən həmin istiqamətə hərəkət edən başqabir qatara minib İvdelə yola düşdülər. Şəhərə girdikdə artıq gecə yarısıydı. Səhərəkimi dincəlməyə macal tapan qrup 25-i sübh tezdən avtobus vasitəsiylə marşrutlarındanəzərdə tutulan Vijaya çataraq gecəni mehmanxanada keçirdilər. Hələlik hər şeyyaxşı gedirdi.

Dyatlovçular bilirdilər ki,artıq yürüşün bundan sonrakı yolları çətiinləşəcək. Çünki daha qatarlar, avtobuslar olmayacaqdı. 26 yanvardasəhər tezdən yola çıxan qrup bir təsadüfüyük maşının açıq kuzovunda sonuncuyaşayış məntəqəsinə irəlilədilər. Bura meşə ağaclarının kəsilib yığıldığı kiçikbir yer idi. Orada kürək çantalrını götürərək ayaq xizəkləri vasitəsiylə yolabaşlayıb bir neçə saatdan sonra artıq kimsənin yaşamadığı 2-ci Şimal mədən qəsəbəsinəçatdılar. Və burada ilk gözlənilməz qərarqəbul etməli oldular.

                                                 DƏSTƏ DOQQUZNƏFƏR QALDI

Beləki, ara-sıra bel xəstəliyindən əziyyət çəkən Yurinin otraq sinirində kəskinağrıları başlamışdı. Görünür çox soyuq, şaxtalı havada açıq kuzovda getmək Yudini ciddi xəstələndirmişdi.Onun dostlarıyla səyahəti davam etdirməsi mümkün görünmürdü. O özü yürüşüyarımçıq buraxmağa razı olmasa da dəstənin qərarıyla geriyə dönmək məcburiyyətindəqaldı. Yolda lazım olacaq bütün əşyalarını qrup üzvlərinə paylayan Yudin 28yanvarda sonuncu dəfə dostlaıyla təntənəli şəkildə sağollaşıb əskəri salamlaonlardan ayrıldı. Və beləliklə haqqında yarım əsr danışılacaq həmin 9 nəfərlik sirli dəstə yoluna davam etdi.

Qəribədi, deyilmi? 10 nəfəriniçərisində baş verəcək dəhşətləriyaşamayacaq bir nəfər seçilməliydi. Adi bir oturaq sinir ağrısı... Həmin vaxt çox peşiman şəkildə yoldaşlarındanayrılmaq məcburiyyətində qalan Yuriy şansına bərk açığı da tutmuşdu. Lakin həminan ağlına da gəlməmişdi ki, tale əslində ona rəhm edir...

Yürüşünartıq yüksəkliklərdəki yollarla, qarların üzəriylə davamı demək olar ki, ciddihadisələrlə müşahidə olunmadı. Onlar tələsmədən, hərəkət xəttinə ciddi əməl edərək,irəliləyirdilər. Müəyyən etdikləri zamanlarda yürüşə ara verir, söhbətləşir, məsləhətləşir,hər tərəfi bürümüş qar örtüyünün üzəriylə, qayalıqların arasından keçərək səhvəyol verməməyə çaışırdılar. Əlbəttə, dəstə üzvlərinin, xüsusən də başçıları İqorDyatlovun təcrübəsi imkan verirdi ki, əlavə çətinliklərdən, təhlükəlilərdən özləriniqorusunlar.

İrəlilədikcə isə yol tədricəndaha da yüksəkliyə qalxır, addımlamaq çətinləşirdi. Və hiss ounurdu ki, havanıntemperaturu da getdikcə aşağı düşür. Hardasa 16-17 dərəcə şaxta və çoxda güclüolmayan şimal küləyi əvvəlki sürətlərini azaltmışdı. Onlar Lozva çayınınsahiliylə bir xeyli irəlilədikdən sonra nəfəslərini dərmək üçün dayandılar. Beləgörünürdü ki, həmin gün üçün qət etdikləriməsafə ilə kifayətlənməlidirlər. Çünkiyavaş-yavaş hava qaralmağa, soyuğun şiddəti artmaqdaydı. Belə qərar verildi ki,elə çayın kənarında, münasib bir yerdə düşərgə salıb gecələsinlər. Və belə dəetdilər.

                                       TƏHLÜKƏNİN BİRADDIMLIĞINDA...

29 yanvarda dəstə yenə adi qaydada irəliləyərəkmünasib bir yerdə çayı keçdi. Bir xeyli getdikdən sonra Mansi cığırına çıxıb bu dəfə qarşıdakı Ayspiiçayın sahiliylə sanno-oleney cığırıylairəlilədilər. Artıq onların hesablamalarına görə, yolun böyük bir hissəsiarxada qalmışdı.

30-31-i yanvardada eyni qayda ilə irəlliləyən xizəkçilər nəhayət Xolatçaxl dağına çatdılar.Buradan dağın döşüylə getmək lazım gəlirdi. Lakin yollarını davam etdirməkmümkün olmadı. Çünki həmin vaxt həmgüclü külək qalxdığından, həm də kürək çantlarındakı ağırlıq üzündən dəstə üzvləri irəliləyə bilmirdi.

Belə qəra verdilər ki, Ayspiinin vadisinə yaxın biryerdə əşyalarını saxlamaq üçün talvar(labaz) qurub yüklərini ora qoysunlar vəbundan sonra önlərindəki qarla örtülmüş yamacıkeçərək mənzil başına yaxınlaşsınlar. Zahirən bu heç də pis plandeyildi. Belə ki, əlavə yüklərdən xilas olmaqlarahat hərəkət edə biləcək, həm də burada əşyalarından arxayınolacaqdılar. Amma bilmirdilər ki, bir təhlükəqarşıda onları gözləməkdədir...

(Ardı qəzetin 3 may sayında)

[email protected]

babekyusifoglu.blogspot.com


TƏQVİM / ARXİV