adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Aprel 2015 13:55
3413
ƏDƏBİYYAT
A- A+

Daha bir şair xərçəngdən vəfat etdi

Tanınmış jurnalist, Yazıçılar Birliyinin üzvü, şair Böyükkişi Heydərli vəfat edib. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib. O qeyd edib ki, Böyükkişi Heydərli bu gün səhər saatlarında dünyasını dəyişib. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Böyükkişi Heydərli 1950-ci ildə aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. İlk şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından başlayaraq uzun müddət "Yeni Müsavat" qəzetində redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Bir müddət yazıçı Qor təxəllüsü ilə çıxış edib. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir. 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.

Allah rəhmət eləsin!