adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Aprel 2015 13:53
3352
SİYASƏT
A- A+

Aqil Abbasdan mühüm təklif

"Azərbaycanda bıçaqlanma hadisələri milli adət-ənənəyə çevrilib. Elə gün yoxdur ki, bıçaqlanma hadisəsi baş verməsin”.


Adalet.az xəbər verir ki, bunu millət vəkili Aqil Abbas Milli Məclisdə çıxışı zamanı deyib. Deputat bildirib ki, son zamanlar belə hadisələrin baş verməsinin qarşısının alınması üçün Cinayət Məcəlləsindəki soyuq silah gəzdirmə maddəsində qaydalar sərtləşdirilməlidir.

"Biz tələbə vaxtı da görürdük ki, bıçaq gəzdirmək olmaz. Belə bıçaqlanma halları o zaman çox az hallarda baş verərdi. Əvvəllər 4 sm-dən uzun bıçağa görə məsuliyyət nəzərdə tutulurdu. Mən təklif edirəm ki, bu məsələ diqqətdə saxlanılsın və polisin səlahiyyətləri artırılsın. Polisə şübhələndiyi adamın üzərinə baxış keçirmək icazəsi verilsin. Kiminsə üzərində soyuq silah varsa, onu polis müəyyən etsin. Polisə xüsusi icazə verilməlidir ki, şübhələnəndə Aqil Abbası da saxlaya bilsin”.

Deputat bildirib ki, bu məsələ növbəti komitə iclaslarında müzakirəyə çıxarılmalı və polisin səlahiyyətləri artırılmalıdır.

"Bu baş verən bədbəxt hadisələr sabah bizim də başımıza gələ bilər. Bu xalq da bizimdir. Ona görə də düşünürəm ki, millətimizi qorumaq üçün qərarlar qəbul etməliyik”.