Gənc yunan-Roma güləşçiləri Batumidə yarışacaq
2-3 may 2015-ci il tarixdə Gürcüstan Respublikasının Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.
Adalet.az AGF-in saytına istinadən xəbər verir ki, Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynovun rəhbərliyi altında 8 güləşçimiz turnirdə qüvvəsini sınayacaq. Heyətdə Namiq İmanlı (50 kq), Təbriz Yusifzadə (55 kq), Mikayıl Rəhmanov (60 kq), Namaz Rüstəmov (66 kq), Mehrac Kərimov (74 kq), Seyidməhəmməd Ömərov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) yer alıb.
Turnirin ilk günündə 50, 60, 74 və 96 kq, ikinci günündə isə 55, 66, 84 və 120 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Ceyhun Salmanov təmsil edəcək.
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03