adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Aprel 2015 11:49
1558
SİYASƏT
A- A+

Adil Əliyev Ələkrəm Hümmətovdan yazdı

Milli Məclisin deputatı Adil Əliyev Əəkrəm Hümmətovun son hərəkətlərindən yazıb.

O, öz Facebook səhifəsində qeyd edib ki, satqınların vətəni olmur: "Bu gün Əlikram Hümbətovun hərəkətinin xalqımıza heç bir aidiyyəti yoxdu. Əlikram Hümbətov etdiyi əməllərə görə, xalqımız tərəfindən cəzalandırıldı və ölkə Prezidenti də bunu rəsmiləşdirirərək, xəyanətkarı vətəndaşlıqdan məhrum etdi.

Üstəlik, talış insanı tərəfindən qəbuledilməz şəxsdir. Onun nə indi, nə də gələcəkdə də cənub bölgəsi ilə bağlı çıxış etməyə mənəvi haqqı çatmır. O, əvvəl hara xidmət edirdisə, bu gün eyni qüvvələrin marağınaqulluq edir.

Bu gün ölkəmizin uğurları və nailiyyətləri belə satqınları narahat edir. Təkcə, qarşıdan gələn 2015 Birinci Avropa Oyunlarının keçirilməsi bizi istəməyən qüvvələrin narahatçılığına səbəb olur. Əlikram kimi satqınlar da, bu qüvvələrin əlində oyuncaq kimi istifadə olunurlar. Ona görə separatçının ermənilərə müraciətində də qeyri-adi heç nə yoxdur və buna təəccüblənməyimizə dəyməz.
Amma təəssüf edirəm ki, xaricdə yaşayan bəzi şəxslər milli və dövlətçilik maraqları bir kənara qoyub, iqtidara qarşı mübarizə adı altında Azərbaycana və dövlətçiliyinə xəyanət edirlər.Halbukı ulu öndər Heydər Əliyev hər zaman çıxışlarında qeyd edirdi ki, hər kəsin iqtidara qarşı müxalifət olması normaldır. Amma, əsas odur ki, dövlətçiliyə və milli maraqlara qarşı müxalifətdə olmasınlar. Biri Almaniyadan şəxsi maraqlarına görə, Azərbaycan əleyhinə kampaniyalara qoşulur, digəri Amerikada sanksiyaların tətbiq olunması ilə bağlı imzatoplama kampaniyası aparır. Belələrinə nə adı verəsən?..”