adalet.az header logo
  • Bakı 19°C
28 Aprel 2015 11:20
5701
KRİMİNAL
A- A+

Bakıda qısqanc ər gənc arvadını öldürdü

Bakı şəhərinin Sabunçu rayonunda qətl törədilib. Lent.az-ın məlumatına görə, bu gün saat 03 radələrində Zabrat qəsəbəsinin X.Vəliyev küçəsində 1985-ci il təvəllüdlü Musayev Vüsal Niyazi oğlu həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədova Zakirə Zakir qızını bıçaqlayaraq qətlə yetirib. 30 yaşlı V.Musayev 29 yaşlı xanımının sinə nayihəsinə 2 ağır xəsarət yetirib. Qadın hadisə yerindəcə keçinib.

Bildirilir ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.