adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Aprel 2015 10:32
655
HADİSƏ
A- A+

Yasamaldakı yanğınla bağlı rəsmi məlumat

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərində insan ölümü ilə nəticələnən yanğın barədə rəsmi məlumat yayıb. 

Adalet.az-ın FHN-in saytına istinadən məlumatına görə, paytaxtın Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 310 kv.m olan 2 mərtəbəli mansard tipli su satış məntəqəsinin yanar konstruksiyları 255 kv.m sahədə və ona bitişik ümumi sahəsi 54 kv.m olan avtomobil yuma sexinin çayxana kimi fəaliyyət göstərən mansardı 54 kv.m sahədə yanıb. 

Yanğından hər 2 obyektin qalan hissəsi mühafizə olunub. 

Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd eədək ki, yanğınıdan canını qurtarmağa çalışan 22 yaşlı gənc qapının şüşəsini qıraraq bayıra çıxmaq istəyib. Bu zaman şüşə qırıqları onun ayaq damarlarını doğrayıb. Təcili tibbi yardımla xəsətəxanaya aparılan Şöhrət Xanbabayev qanitrmədən yolda dünyasını dəyişib.