Masazırda transformator yandı
Abşeron rayonunda yanğın baş verib.
Adalet.az-ın FHN-ə istinadən məlumatına görə, Masazır qəsəbəsində transformatorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.