adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Aprel 2015 23:03
2541
DÜNYA
A- A+

“Umidvarıq ki, Rusiya-Türkiyə münasibətləri inkişaf etməkdə davam edəcək”

 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Türkiyə münasibətlərinin inkişaf etməkdə davam edəcəyinə ümid etdiyini bildirib.

Peskov vurğulayıb ki, iki ölkə arasında bir çox layihələr mövcuddur.

 

"Ümid edirik ki, münasibətlərimiz indiyədək olduğu kimi yüksələn xətt ilə inkişaf edəcək” deyə D.Peskov bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti rusiyalı həmkarını uydurma "erməni soyqırımını” tanıdığına görə tənqid etmişdi. "Putinin bu addımı məni kədərləndirdi. Ukrayna və Krımda baş verənlər göz qabağındadır. Əvvəl onları izah etsinlər, sonra soyqırımından danışsınlar”, deyə Ərdoğan bildirmişdi.