adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Aprel 2015 22:14
3067
MƏDƏNİYYƏT
A- A+

Rio de Janeyroda Azərbaycan Həftəsi başa çatıb

Rio de Janeyroda Azərbaycan Mədəniyyət Həftəsi uğurla başa çatıb.


"Cidade des Artes”-dakı "Sala de Leitura”-da "Nabat” sənədli filminin nümayişi olub.

Rio de Janeyro Bələdiyyə Teatrında Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestri və "Trio Qarabağ" muğam qrupunun (xalq artisti M.İbrahimov, gənc muğam ifaçısı A.Əliyeva, Əməkdar artistlər E.Haşımov (tar), E.Əhmədov (kamança) konserti olmuşdur. Konsertin proqramına F.Əmirovun "Azərbaycan kapriççosu", H.Cavidin "Şeyx Sənan" dramı əsasında "Kor Ərəbin mahnısı", Qara Qarayevin "Yeddi gözəl" valsı, Hacı Xanməmmədovun "Kamança orkestr üçün konsert", Həsən Rzayevin "Tar orkestri üçün konserti", Asəf Zeynallının "Muğam Sayağı", Françesko Miqnone "Braziliya fantaziyası № 4", Sergey Prokofyevin "Fortopiano üçün konsert №2" kimi əsərləri daxil olub.

Proqramın sonunda Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyasından fraqment səsləndirildi. "Trio Qarabağ" muğam qrupunun və Braziliya Simfonik Orkestrinin möhtəşəm ifası tamaşaçıların böyük marağına səbəb oldu.

"Cidade des Artes" in böyük zalında yenidən Braziliya və "Trio Qarabağ" muğam qrupunun xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə növbəti konserti keçirilib. Yuxarıda qeyd olunan proqram üzrə keçirilən konsert zamanı pianoçu Fabio Martinonun ifası və Q.Qarayevin "Yeddi Gözəl" baletindən valsı tamaşaçıların davamlı olaraq, alqışları ilə qarşılandı. Sonda Y.Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyasından fraqment ifa olundu.

Bununla da Rio de Janeyroda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, ölkəmizin Braziliyadakı Səfirliyinin dəstəyi əsasında keçirilən Azərbaycan Mədəniyyət Həftəsi uğurla başa çatıb.