adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Aprel 2015 21:48
930
SİYASƏT
A- A+

Belçikanın xarici işlər naziri Azərbaycana gəlir

Aprelin 27-29-da Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reinders Azərbaycanda səfərdə olacaq. 


Adalet.az-ın Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, səfər çərçivəsində Didier Reindersin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.