adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Aprel 2015 21:31
1045
GÜNDƏM
A- A+

İlham Əliyev Latviyanın sabiq prezidentini qəbul edib

Prezident İlham Əliyev Latviyanın sabiq prezidenti  Vayra Vike-Freyberqanı və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.


 Adalet.az-ın məlumatına görə, görüşdə Azərbaycanın böyük şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəzin artıq vacib beynəlxalq instituta çevrildiyi və bu qurumun müxtəlif sahələri əhatə edən tədbirlərinə marağın ildən-ilə artdığı qeyd olunub. Bu istiqamətdə işlərin davam etdirilməsinin və fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Söhbət zamanı Mərkəzin xalqlar və ölkələr arasında dostluğun və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirilməsi işinə verdiyi töhfə xüsusi qeyd edilib.