adalet.az header logo
  • Bakı 11°C
27 Aprel 2015 18:50
1857
İDMAN
A- A+

Azərbaycan futbol ailəsinin 80000-ci üzvü

Azərbaycan futbol ailəsinin üzvlərinin sayı 80 minə çatdı. Bu barədə Adalet.az AFFA-ya istinadən məlumat verir.

Qeyd edək ki, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Artıq bu sistemdə qeydiyyata alınanların sayı 80 min nəfərə çatıb.

Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 80 mininci üzvü AFFA-nın həyata keçirdiyi "Coca-Cola Məktəbli Kuboku” turnirinin iştirakçısı Daşkəsən rayonu, Daşkəsən qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi, 01.07.2002-ci il təvəllüdlü Məhəmməd Şahlar oğlu Əsgərovdur.