Kamran Ağayevin barmağı sındı
Ötən gün PTT 1-ci liqanın XXIX turu çərçivəsində "Osmanlıspor"un qonağı olan "Kayserispor"un heyətində son anda Kamran Ağayev heyətdən kənarlaşdırılıb.
Adalet.az türk mətbuatına istinadən xəbər verir ki, həmyerlimizin oyunu buraxmasının səbəbi sol əlinin 4 və 5-ci barmağından zədələnməsi olub.
Rentgen müayinəsindən sonra məlum olub ki, millimizin qapıçısının bir barmağı qırılıb, digəri isə çıхıb. Qolkiperin nə zaman yaşıl meydana qayıdacağı hələ bəlli deyil.