adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Aprel 2015 18:27
1122
GÜNDƏM
A- A+

Azərbaycanda çoxdilli məlumat-sorğu mərkəzi yaradılır

Azərbaycanda Birinci Avropa Oyunları zamanı xarici qonaqlar və iştirakçılara xidmət məqsədilə xüsusi məlumat-sorğu mərkəzi yaradılacaq.

Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı məlumatlı mənbə bildirib.

Onun sözlərinə görə, Bakının infrastrukturuna (mədəniyyət mərkəzləri, nəqliyyat, hotel və s.) dair bütün məlumatları bir neçə dildə (ingilis, rus, fransız və başqa dillərdə) 109 nömrəsinə zəng etməklə almaq mümkün olacaq.

Hazırda Avropa Oyunları barədə məlumatların çatdırılması məqsədilə Azərbaycan və ingilis dilində "Call-center” (2015 nömrəsi ilə) fəaliyyət göstərir.