adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Aprel 2015 18:06
1437
MƏMLƏKƏT
A- A+

FHN Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlimi keçirəcək

28 aprel 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin qüvvə və vasitələri cəlb olunmaqla Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd aeroport ərazisində təhlükəsizliyin qorunması üçün aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.