adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Aprel 2015 17:52
7234
TEXNOLOGİYA
A- A+

Dünyanı dəyişəcək 4D texnologiyası gəlir

Dünyada 3D çap texnologiyası hələ çox geniş yayılmasa da, artıq alimlər 4D çap texnologiyasını da yaratmağa nail olublar. Adalet.az İKT.lent.az-a istinadən xəbər verir ki, Avstraliyanın Vullonqonq Universitetinin alimləri bu sahədə əldə edilmiş yenilikləri təkmilləşdirərək 4D çap texnologiyası yaratmağa nail olublar. 

 

Məlum olduğu kimi, müasir 3D printerlər yemək, oyuncaq, silah, fərdi protezlər də daxil olmaqla, ən müxtəlif predmetlər hazırlamağa imkan verir. 4D printerlər 3D-lər kimi, lazımi obyekti lay şəklində çap edir, lakin çap üçün adi ənənəvi plastik yox, digər materiallardan istifadə olunur. Təcrübə üçün alimlər hidrogeldən hazırlanan materialı seçiblər, xarici faktorların təsiri ilə onun öz həcmini dəyişmək qabiliyyəti var. Təcrübə zamanı tədqiqatçılar isti su axıtdıqda avtomatik olaraq bağlanan "ağıllı” ventil yaradıblar. Onun çapı üçün ilk dəfə olaraq 4 ayrı kartric və aktivasiya materialı kimi möhkəm gel ilə birlikdə adi printerdən istifadə olunub. Tədqiqat müəlliflərinin fikrincə, hazırladıqları texnologiyanın tətbiqinin geniş perspektivləri var və yeni kəşf yaxın gələcəkdə dünyanı dəyişə bilər.