adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Aprel 2015 17:03
1471
MƏMLƏKƏT
A- A+

Türkiyə Yəhudiləri Multikulturalizm Mərkəzinin qonağı olub

Türkiyə Yəhudiləri İcmasının rəhbərləri  və  nümayəndələri  Azərbaycanda səfərdədir.


 Bakı Beynəlxalq Multikulturalizm mərkəzindən Adalet.az-a verilən məlumata görə, səfərin məqsədi Azərbaycandakı tolerant və multikultural mühitlə tanışlıqdır. Bu səfər çərçivəsində qonaqlar müxtəlif qurumlarla görüşlər keçirib.

Bu görüşlərdən biri də Bakı Beynəlxalq Multikulturalizm mərkəzində olub. Görüşdə Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məslələr üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi professor Etibar Nəcəfov, Multikulturalizm Mərkəzinin İcraçı direktoru Azad Məmmədov, Mərkəzin müşaviri Aynur Bəşirli, Türkiyə Yəhudi İcması Haham başı müşaviri Ceki Kazmir, İzmir Yəhudi İcması Yəhudi Təşkilatının sədri Rafael Qranati, İstanbul Asiya tərəfinin Yəhudi İcmasının rəhbəri Eli Arditi və İzmir Yəhudi İcmasının rəhbəri Şami Azar iştirak edib.

Söhbət zamanı Azərbaycan Respublikası millətlərarası, multikulturalıizm və dini məslələr üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi professor Etibar Nəcəfov Azərbaycanda olan multikultural mühitdən danışıb və multikulturalizmin dövlət siyasəti  və eyni zamanda həyat tərzimiz olduğunu bildirib.

Multikulturalizm Mərkəzinin İcraçı direktoru Azad Məmmədov və müşaviri Aynur Bəşirli qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması, fəaliyyəti  və həyata keçirdiyi layihələr barədə məlumat verib.

Qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədrisi  haqqında geniş məlumat verilib.

Görüş zamanı qeyd olunub ki, İsrail dövlətindən sonra, yalnız Azərbaycanın Quba rayonunun  Qırmızı qəsəbəsində yahudilər konpakt şəkildə yaşayırlar.

Türkiyə Yəhudi İcmasının Haham başı müşaviri Ceki Kazmir Azərbaycanda  multikultural mühitin çox yüksək səviyyədə olduğunu, Azərbaycanda multikulturalizm siyasətinin uğurla aparıldığını qeyd edib. Görüşdə İsrailin Tel Aviv və Akko şəhərlərində Multikulturalizm Mərkəzi ilə birgə həyata keçirməyi planlaşdırılan layihələr və tədbirlər  barədə geniş fikir mübadiləsi aparılıb.

   
Sonra qonaqlar Multikulturalizm Mərkəzinin stukturu və kollektivi ilə tanış olublar.