adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Aprel 2015 16:39
3771
MƏDƏNİYYƏT
A- A+

Bəstəkarlar İttifaqı Yazıçılar Birliyi ilə əlaqələri genişləndirəcək

"Uşaq musiqi əsərlərinin yaranması üçün bir çox tədbirlər görülməlidir". Bunu  sözləri "Uşaq musiqisi və onların musiqi – estetik tərbiyəsi” mövzusunda elmi-praktik konfransda əməkdar incəsənət xadim, professor İmruzə Əfəndiyeva söyləyib.

Onun sözlərinə görə, ən aktual problem ifaçılıq problemidir: "Çünki bizim bəstəkarlarımızın gözəl musiqiləri var. Yaxşı olardı kı, imkan daxilində ümumtəhsil məktəblərində, kolleclərdə xor studiyaları yaradılsın. Buraya tanınmış mütəxəssislər cəlb edilsin və bu istiqamətdə işlər yüksək səviyyəyə qaldırsınlar. Bu gün bizim "Renessans” xoru çox nümunəvi bir musiqi kollektividir. Artıq 14 ildir ki, fəaliyyət göstərir. Çox istərdik ki, belə xorların sayı çox olsun.

O bildirib ki, bəstəkarlarımızın uşaq musiqisinə həsr olunmuş əsərlərinin çap olunması ən vacıb məsələlərdəndir. Biz ümumiyyətlə gələcəkdə Azərbaycan Yazıçılar Birliyi ilə də əlaqələri genişləndirəcəyik. Aktual, mənalı uşaq musiqi əsərlərinin yaranması üçün bir çox tədbirlərin görülməsi vacibdir.